SİYASƏT
CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ MƏHKUMLAR SƏSVERMƏDƏ İŞTİRAK ETMİŞLƏR
Bakı, 23 dekabr (AZƏRTAC). Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı cəzaçəkmə müəssisələrində səsvermə başa çatmışdır. Ədliyyə Nazirliyi Dövlət Penitensiar Xidmətinin 1, 15, 6 və 4 saylı cəzaçəkmə müəssisələrindəki səsvermədə 14 min məhkum iştirak etmişdir.
Xidmət rəisinin müavini Hüseyn Əlixanov bildirmişdir ki, cəzaçəkmə müəssisələrində 13 dairə üzrə 22 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrdə məhkumlardan başqa 1500 hərbi qulluqçu də səs vermişdir. Seçkilər ərəfəsində səsvermə ilə bağlı maarifləndirmə işləri də aparılmışdır. Cəzaçəkmə müəssisələrində səsvermə yüksək fəallıq şəraitində keçmişdir. 1 saylı cəzaçəkmə müəssisəsində yaradılmış müvəqqəti məntəqədə 940, 15 saylı müəssisədə 815, 6 saylı cəzaçəkmə müəssisəsində isə 895 məhkum səs vermişdir.
Seçicilər namizədlər haqqında məlumatlarla yaxından tanış edildiklərini və seçkiyə tam hazır olduqlarını bildirmiş, səsvermənin şəffaf keçirildiyini qeyd etmişlər.
Qadın məhkumların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindəki 335 qadından səsvermə hüququna malik 318-i səs vermişdir.