Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Bütövləşən müasir, müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir

Vüqar Rəhimzadə: Bütövləşən müasir, müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir

Bakı, 29 may, AZƏRTAC

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları 1918-ci il mayın 28-də istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdilər. Bununla da Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratmış oldu. Müstəqil, azad, demokratik respublika qurmağı qarşıya məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti çoxəsrlik dövçlətçilik ənənələrinə malik olan xalqımızın köləlik zəncirini qırıb atmağa, öz müqəddəratını təyin etməyə qadir olduğunu özünün əməli fəaliyyəti ilə sübuta yetirdi.

Cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti qısamüddətli fəaliyyətindən sonra məlum səbəblərdən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra - 1991-ci ildə bərpa edə bildi. Müstəqilliyimizin bərpasının ilk günlərində Azərbaycan dövləti özünü Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etməsinə baxmayaraq, əsl müstəqilliyimiz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı.

AZƏRTAC xəbər verir ki, fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə bu mühüm məqamı xüsusi qeyd edib ki, hələ müstəqilliyimizin bərpasından əvvəl - 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirildi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən sonrakı ilk illərdə yaşanan faciələri, müstəqilliyimiz üçün yaranan real təhlükələri xatırladaraq bildirib ki, həmin illərdə respublikaya rəhbərlik edənlərin idarəçilik təcrübəsinin yoxluğu, ən əsası dövlət maraqlarını öz şəxsi ambisiyalarına qurban vermələri ölkəni ağır vəziyyətə salmışdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq, siyasi və iqtisadi böhran hökm sürürdü. Başqa sözlə, Azərbaycanın parçalanması, vətəndaş qarşıdurmasının yaşanması həmin dövrün reallıqları idi. Yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı belə bir son dərəcə çətin vəziyyətdə özünün əzəli xilaskarına - Ulu Öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir dövrün başlanğıcı oldu. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, ürəyində kök salmış sonsuz Vətən, xalq sevgisi Azərbaycanı ağır vəziyyətdən xilas etdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ümummilli Lider xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanın dövlət müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl sonrakı dövrdə Azərbaycanın davamlı uğurlarını şərtləndirdi. 2003-cü ildən başlayaraq Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı yeni zirvələrə yüksəltdi. Ötən 20 ildən artıq müddətdə dünyaya təkmil inkişaf modelini təqdim edən Azərbaycanın sözünün imzası qədər dəyəri artdı. Hər sahədə inkişaf, tərəqqi geniş vüsət almağa başladı.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin digər bayramlarımız kimi, Müstəqillik Gününü də işğaldan azad edilmiş ərazilərimizdə qeyd etməsi xalqımızın bayram sevincini ikiqat artırır. Ağdam rayonuna səfər edən Prezident İlham Əliyev bir neçə kəndin təməlini qoyub. Ötən il isə dövlətimizin başçısı Laçın və Kəlbəcər rayonlarında oldu, Laçın şəhərinə qayıdan əhali ilə görüşdü və onlara evlərin açarlarını təqdim etdi. Laçınlılarla görüşündə Prezident İlham Əliyev bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün Laçın şəhərinin yeni siması müstəqil dövlətimizin nə qədər güclü olmasını bir daha göstərir.

Son bir ildə həm işğaldan azad edilmiş ərazilərimizin bərpası işində, həm də soydaşlarımızın qayıdış ünvanlarının sayında böyük yeniliklər var. Bütün bunlar uğurlu və düşünülmüş siyasətin nəticəsidir. Azərbaycan xalqı bu il 28 May - Müstəqillik Gününü ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda bayram edir. Bu il 28 May-Müstəqillik Günü ərəfəsində Qazaxın 35 ilə yaxın düşmən tapdağı altında olan 4 kəndinin bir güllə atılmadan Azərbaycana qaytarılması Cənubi Qafqazda yeni reallıqlar yaradan qüdrətli Azərbaycan dövlətinin, onun qətiyyətli Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin daha bir möhtəşəm Zəfəridir. Bütövləşən müasir müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da “SABAH” qruplarında tədrisin təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilir

Azərbaycanın mötəbər tədbirlərdə iştirakı prioritetlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir ŞƏRH

A.Mirzoyan: Ermənistan Azərbaycan ilə nəqliyyat kommunikasiyalarının tam açılmasında maraqlıdır

“Pensiya kalkulyatoru” e-xidmətinə 3,3 milyondan çox müraciət olub

İlya Darçiaşvili: Gürcüstan Cənubi Qafqazda sülh şəraitində birgəyaşayışı qətiyyətlə dəstəkləyir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü başlayıb YENİLƏNƏCƏK

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Ukraynalı ombudsman Azərbaycanın humanitar yardımlarını yüksək qiymətləndirib

Ölkə ərazisinin bəzi yerlərində sürüşmə və çökmə prosesləri qeydə alınıb

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub YENİLƏNİB VİDEO

Ermənistan və Gürcüstan XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

“Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda XI beynəlxalq konfrans işə başlayıb

Cənubi Koreyanın “Import” nəşrində Azərbaycanın iqtisadi potensialı haqqında məqalə dərc edilib

“Hyundai” və “LG Energy” İndoneziyada ilk akkumulyator zavodu açıb

“Moon Kids” MMC-nin direktoru barəsində həbs qətimkan tədbiri seçilib

“Kəpəz” klubu daha üç futbolçu ilə vidalaşıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən Şəkidə yeni şəlalə qeydə alınıb

Beynəlxalq tədbir çərçivəsində Qubada assosiativ-simulyasiya təlimi keçirilib

CNN telekanalı: Baydenin ölkədə müsbət reytinqi cəmi 34 faizdir

“Asiya uşaqları”: Azərbaycanın bir boksçusu finala yüksəlib, üçü bürünc medalla kifayətlənib

“Sumqayıt” Rusiya və Türkiyə klubları ilə qarşılaşacaq

Bu ilin birinci yarımilliyində metrodan 5,3 faiz çox sərnişin istifadə edib

Azərbaycanın peşə təhsili müəssisələrinin rəhbərləri Türkiyədə təlim keçiblər

UEFA Türkiyə millisinin futbolçusuna qarşı intizam işi açıb

Rusiyalı tələbələr AzMİU-da tədris təcrübəsinə başlayıblar

Dnepr şəhərinə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

® “AccessBank” Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir

FHN “Alov Qüllələri Fairmont Otel Bakı”da təlim keçirib VİDEO

Aİ-nin bir sıra ölkələri Çin elektrokarlarına rüsum tətbiq olunmasını dəstəkləmir

Sabah Bakıda və Abşeron yarımadasında temperaturun 30-35° olacağı gözlənilir

Rəqabət Məcəlləsinin tətbiqi barədə seminar keçirilib

Uşaq inkişafı üzrə tanınmış mütəxəssis “Yeni çağırışlar”da

Dövlət Məşğulluq Agentliyi son bir ayda daha 1200-dən çox şəxsi peşə hazırlığına cəlb edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Ukraynalı futbolçu “Sabah” klubuna qayıda bilər

® ABB-nin Hava Limanındakı xidmət ofisi filial kimi fəaliyyətə başlayıb!

Ukrayna BVF-dən 2,2 milyard dollarlıq növbəti tranş alıb

Dövlət Sərhəd Xidməti tibb sahəsində həqiqi hərbi xidmətə və işə qəbul elan edib

Həyətində çətənə kolları yetişdirən Salyan sakini saxlanılıb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə 80 milyard kubmetrədək təbii qaz ötürülüb

Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək

Növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb

“ASAN xidmət” modeli İndoneziyaya ixrac edilib

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə qeydə alınıb

İyulun 3-ü Beynəlxalq Polietilen Paketdən İmtina Günüdür

Elmar Qasımov mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb

Azərbaycanın veteran qapıçısı: Türkiyəli qolkiperin fantastik seyvi komandanı 1/4 finala çıxardı

İqlim dəyişikliyinin ölkələrin elektrik təchizatına mənfi təsiri artır

TDT-nin Şuşa Zirvə görüşü Azərbaycanın təşkilatın daha da gücləndirilməsi istiqamətində titanik səylərinin daha bir sübutudur - RƏY

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib

Çin və Qazaxıstan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb

DSMF: Son altı ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 7,3 faiz artıb

FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfər xilas edilib

Antonio Quterreş: Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi danışıqlar yolu ilə həll edilməlidir

Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gəlib VİDEO

BMT-nin Baş katibi: ŞƏT beynəlxalq arenada mühüm oyunçudur

Venesuelada “Beril” qasırğasından 25 min nəfər zərər çəkib

Çin və Qazaxıstan prezidentləri Çin-Avropa Transxəzər marşrutunun açılışında iştirak ediblər

BAMF QHT Agentliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayıb

Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib

Polşa və Almaniya müdafiə sahəsində əməkdaşlıq edəcəklər

Türkiyə XİN ölkənin maraqlarının xarici siyasətin əsas prioriteti olduğunu bəyan edib

Orxan Məmmədov: 2024-cü ildə Azərbaycanda ESG məsuliyyəti prinsiplərinin tətbiq səviyyəsi 3,5 faiz olub

“Azərbaycanda innovasiya siyasətinin qurulması” qrant layihəsinin bağlanış tədbiri keçirilib

Prezident İlham Əliyev milli bayram münasibətilə Belarus Prezidentini təbrik edib

BMU Texnoparkının təşkil etdiyi ilk “My Technology” müsabiqəsi başa çatıb

Rusiya yeni kosmik stansiya quraşdırmağı planlaşdırır

Finlandiya Prezidenti: Çin Ukrayna münaqişəsini bir zənglə həll edə bilər

Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu

İtaliyada keçiriləcək turnirdə Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib

Brüsseldə “COP29: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans təşkil olunub

Muxtar Babayev: Biz maliyyə planları, büdcələri və hədəfləri ilə dəstəklənən etibarlı keçid yollarını qəbul etməliyik VİDEO

Daxili işlər naziri Qubada vətəndaşların müraciətini dinləyəcək

ADA Universitetinin nümayəndə heyəti Corc Vaşinqton Universitetində olub

“Lokomotiv və vaqonlar” hazırdır

Amerika Kubokunda 1/4 final cütlükləri bəlli olub

“CawaMedia” agentliyi Azərbaycanda qeyd ediləcək Ümumdünya Ətraf Mühit Günündən yazıb

KOBİA bizneslər arasında ESG prinsiplərini təbliğ edir

Azərbaycan idmançısı reytinq turnirində gümüş medal qazanıb

Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

Misirdə binanın çökməsi nəticəsində 14 nəfər həlak olub

Vüsal Şıxəliyev: Bu il ESG prinsipləri üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışırıq VİDEO

Naxçıvanda müəllimlərin işə qəbul üzrə müsabiqənin test imtahanının növbəti mərhələsinə 375 namizəd dəvət edilib

"Sabah" Ukrayna millisinin basketbolçusunu heyətinə qatıb

Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Göygöl rayonunda növbəti Milli Yaylaq Festivalı təşkil olunacaq

Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq böyük perspektivlər vəd edir

BDU-da Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş

Nazir müavini: Bu gün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 121-ə çatıb

Faktiki hava: Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib

“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38,6 faiz artıb

İsmayıllı rayonunda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

“Azeri Light” markalı neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

"Naxçıvan istedadları” incəsənət festivalında 378 şagird iştirak edib

Qədim Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır

“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir

Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivi ərazisində qanunsuz hasarlar sökülüb VİDEO