İDMAN
Çempionlar Liqası: “Real Madrid” “Milan”ı, “Liverpul” “Bayer”i qəbul edəcək
Bakı, 5 noyabr, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 9 görüş keçiriləcək.
Turnirin son qalibi olan İspaniyanın “Real Madrid” komandası evdə “Milan”ı (İtaliya) qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Eyni saatda İngiltərə təmsilçisi “Liverpul” doğma meydanda Almaniya “Bayer”ini sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
Əsas mərhələ
IV tur
5 noyabr
21:45. PSV (Niderland) - "Jirona" (İspaniya)
21:45. "Slovan" (Slovakiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
00:00. "Real Madrid" (İspaniya) - "Milan" (İtaliya)
00:00. "Liverpul" (İngiltərə) - "Bayer" (Almaniya)
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Şturm" (Avstriya)
00:00. "Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
00:00. "Lill" (Fransa) - "Yuventus" (İtaliya)
00:00. "Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya)
00:00. "Bolonya" (İtaliya) - "Monako" (Fransa)
Qeyd edək ki, Çempionlar Liqasında əsas mərhələnin digər oyunları noyabrın 6-da reallaşacaq.