ÇERRİ BLEYERİN GÖZƏLLİYİ LEYBORİSTLƏRƏ BAHA BAŞA GƏLMİŞDİR
Buna baxmayaraq, Leyboristlər Partiyasından bildirmişlər ki, bu xərclər özünü tamamilə doğrultmuşdur. Partiyanın mətbuat katibi ödənişlərlə bağlı demişdir: “Xanım Bleyer seçki kampaniyası ərzində çox işləmişdir. Baş nazirimizin xanımı seçicilər arasında çox məşhurdur. O, seçkiqabağı 50-dən çox seçki dairəsinə baş çəkmişdir. Unutmayın ki, bu seçkilərdə biz qalib gəlmişik”.
Lakin Çerrinin hərəkətini ayrı-ayrı leyborist siyasətçilər pisləmişlər. Məsələn, sabiq müdafiə naziri Piter Kilfoyl bildirmişdir ki, o, öz seçkiqabağı kampaniyasına cəmi 3500 funt xərcləmişdir. Buna görə də o, xüsusən, Bleyer kimi imkanlı adamların şəxsi ehtiyaclarının partiyanın hesabına ödənilməsinin tərəfdarı deyildir.
Xatırladaq ki,hazırda Leyboristlər Partiyası müxtəlif özəl şirkətlərin onun xərclərini gizli maliyyələşdirməsi ilə əlaqədar maliyyə qalmaqalı ilə qarşılaşmışdır. Bu məlumat dərc olunandan sonra sərmayədarların çoxu əmanətlərini geri götürmüşdür. Leyboristlər ciddi vəsait çatışmazlığı ilə üzləşmişlər və müflis olmamaq üçün partiyanın iqamətgahını satmağı planlaşdırırlar.
Baş nazirin yaxınları hesab edirlər ki, partiyanın özündə kimsə Çerri Bleyerə qara yaxmaq üçün məlumatın sızmasına imkan vermişdir.