Çexiyanın indiki və əvvəlki prezidentləri Rusiyanın Praqadakı səfirliyində olublar
Praqa, 10 may, AZƏRTAC
Miloş Zeman Qələbənin 73-cü ildönümü münasibətilə Rusiyanın Praqadakı səfirliyində təşkil olunmuş təntənəli qəbulda iştirak edib. AZƏRTAC xəbər verir ki, Çexiyanın dövlət başçısı Rusiya səfirliyindəki qəbulda rus dilində qısa təbrik nitqi ilə çıxış edib.
Zeman Rusiyaya münasibətdə iqtisadi sanksiyaları qəbul etmədiyini vurğulayıb və Çexiya-Rusiya münasibətlərindən danışıb.
Rusiya Federasiyasının Çexiyadakı səfiri Aleksandr Zmeyevski qeyd edib ki, nasizm üzərində birgə qələbə rus və çex xalqlarını həmişəlik birləşdirəcək.
Digər çex siyasətçiləri, o cümlədən prezident vəzifəsində Zemanın sələfi olmuş Vatslav Klaus da Rusiyanın Praqadakı diplomatik nümayəndəliyinin Qələbə günü münasibətilə təntənəli qəbulda iştirak etməyə dəvətini qəbul edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]