İQTİSADİYYAT
“Çilov” yatağında stasionar dəniz özülünün tikintisi davam etdirilir
![“Çilov” yatağında stasionar dəniz özülünün tikintisi davam etdirilir](/files/2014/2/1200x630/14087125083636320049_1200x630.jpg)
Bakı, 26 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” tresti neft hasilatı məqsədilə “28 May” NQÇİ tərəfindən işlənilən “Çilov” yatağında 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulmuş 112 saylı stasionar dəniz özülünün tikintisini uğurla davam etdirir.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, stasionar dəniz platforması iki hissədən - istehsalat və yaşayış sahələrindən ibarətdir. Bu sahələr hər birinin uzunluğu 33 metr olan iki piyada körpüsü vasitəsilə əlaqələndirilir. Yaşayış hissəsinin şərq və qərb tərəfində minik meydançaları tikilib. Yaxın vaxtlarda istismara təhvil verilməsi nəzərdə tutulan stasionar dəniz özülünün tikintisi “Neftqaztikinti” trestinin 8 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]