Çin bu il ilk dəfə ABŞ-dan soya paxlası idxal edir
Bakı, 29 oktyabr, AZƏRTAC
Çinin “COFCO” dövlət şirkəti ABŞ-dan üç partiya soya paxlası alıb. Ölkə bu məhsulu ilk dəfədir ABŞ-dan alır. Bu razılaşma ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinin sammiti ərəfəsində baş verib.
AZƏRTAC xəbər verir ki, iki ölkə arasında ticarət rüsumları ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda Çin tərəfindən idxalın dayandırılması amerikalı fermerlərə milyardlarla dollarlıq itki gətirib.
“COFCO” şirkətinin təxminən 180 min ton soya paxlasının tədarükünə dair müqaviləsi Çinin bir neçə ay ərzində bu tip ilk alışını təşkil etsə də, Cənubi Amerikadan həyata keçirilən iri həcmdə son alışlardan sonra ABŞ məhsullarına tələbatın əhəmiyyətli dərəcədə bərpası gözlənilmir”, – deyə “Reuters” agentliyi yazır.
Çikaqo birjasında soya paxlasına olan fyuçerslərin qiymətləri bu həftə son 15 ayın ən yüksək səviyyəsinə qalxıb. Qiymətlər son beş ilin minimum göstəricilərindən qalxaraq ABŞ-la Çin arasında ticarət razılaşması ilə bağlı ümidlər fonunda artım nümayiş etdirib.
ABŞ-da soya paxlasının əsas ixrac mövsümü adətən oktyabr-yanvar aylarını əhatə edir. Lakin bu il Çin Vaşinqtonla uzunmüddətli ticarət gərginliyi səbəbindən ABŞ-ın payız məhsulundan imtina edərək Cənubi Amerika təchizatçılarına üstünlük verib.
Soya paxlasının dünya idxalının 60 faizindən çoxu Çinin payına düşür və ölkə noyabr ayınadək Braziliya və Argentina məhsullarının bronlaşdırılmasını demək olar ki, tam başa çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]