Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin həmrəyliyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edir

Çin həmrəyliyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edir

Bakı, 4 fevral, Əziz Məmmədov, AZƏRTAC 

Çində belə bir məsəl var: “Həqiqi dost pis gündə tanınır”. Çin xalqının üzləşdiyi bu çətin günlərdə biz dostlarımızla düşmənlərimizi daha yaxşı ayırd edir, çətinliklərimizi aradan qaldırmaq üçün bizimlə birlikdə mübarizə aparan dostlarımızın dəyərini daha yaxşı bilirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinə ünvanlandığı məktubda epidemiyanın yayılmasının və insan tələfatının qarşısının alınması ilə bağlı Çin hökumətinin atdığı addımları, bu işdə Çin xalqının əzmkarlığını yüksək qiymətləndirib. Prezident İlham Əliyev vurğulayıb ki, bu müvəqqəti çətin günlərdə Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və ona hərtərəfli yardım göstərməyə hazırdır. Çin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir, Azərbaycanı dost ölkə, etibarlı dost və mühüm tərəfdaş hesab edir, uzun illər ərzində Azərbaycan tərəfi ilə mövcud olan qarşılıqlı siyasi etimadın, praktiki və səmərəli fəaliyyətin səviyyəsini yüksək qiymətləndirir. Azərbaycan cəmiyyətinin müxtəlif dairələrinin sonsuz qayğısı, diqqəti və maddi dəstəyi bu qış bizi isindirir və buna görə sizə səmimi təşəkkürümüzü bildiririk.

AZƏRTAC xəbər verir ki, bunu ÇXR-in Azərbaycandakı müvəqqəti işlər vəkili Li Cinsonq fevralın 4-də Çin səfirliyində Azərbaycanın bir sıra aparıcı KİV-lərinin nümayəndələri ilə görüşündə bəyan edib.

Görüş Çində yeni tip koronavirus epidemiyası, bu epidemiyaya qarşı mübarizədə Çin hökuməti və xalqı tərəfindən görülən tədbirlərlə bağlı vəziyyət, habelə epidemiya dərəcəsini səmərəli, elmi və obyektiv müəyyən etmək və lüzumsuz qorxudan qurtulmaq üçün Çinin beynəlxalq birlik, o cümlədən Azərbaycanla əməkdaşlığı barədə məlumatlandırma məqsədi ilə təşkil edilib. Li Cinsonq deyib: «Bu yaxınlarda Uxan şəhərində yeni tip koronavirus infeksiyasının yayılması ilə əlaqədar Çində pnevmoniya epidemiyası başlayıb. Epidemiya beynəlxalq birliyin xüsusi diqqətini cəlb edib. Koronavirus pnevmoniyası infeksiyasının yeni növü artıq bir aydan çoxdur Çin ərazisində tüğyan edir. Təəssüf ki, infeksiyanın yayılması Çinin milli bayramı - Bahar bayramı ilə bir vaxta təsadüf edib. Bayram tətilləri insanların fəal hərəkətdə olduqları və qohum-əqrəbaları sıx görüşdükləri dövrdür ki, bu da xəstəliyin yayılmasına şərait yaradır. Hazırda Çində 20 mindən çox adam bu infeksiyaya yoluxub. Bəzi ölkələrdə də yeni tip koronavirusa yoluxmanın təsdiq edilmiş və ehtimal olunan halları aşkar edilib. Çin qısa müddətdə yoluxmuş insanı sürətlə identifikasiya edən səmərəli virus reaktivləri hazırlayıb. Təsdiq edilmiş faktların sürətlə artmasının əsas səbəbi də budur. Çin bütün səviyyələrdə intensiv mətbuat konfransları keçirmək, epidemiyanın ümumi vəziyyəti ilə bağlı rəqəmləri yeniləmək yolu ilə vəziyyətin inkişafı barədə bütün dünyanı vaxtında məlumatlandırır, insanların dürüst informasiya əldə etmək hüququnu təmin edir. Bu, dünyanın böyük dövlətlərindən biri kimi Çinin yüksək məsuliyyətini nümayiş etdirir. Hazırda sağalma hallarının sayı artır, peyvəndlərin və xüsusi preparatların öyrənilməsi və tətbiqi prosesi sürətlənir. Epidemiyanın qarşısını almaq mümkündür, ona nəzarət edilə bilər və bu xəstəlik müalicə olunandır. Özümüzə əminlik hissi, bacarığımız və resurslarımızın yetərincə olması epidemiya üzərində sürətlə qələbə çalmağımıza imkan verir”.

ÇXR Sədri Si Cinpinin epidemiya ocağı yaranan kimi insanların təhlükəsizliyinin təmin edilməsi üçün mühüm göstərişlər verdiyini vurğulayan müvəqqəti işlər vəkili daha sonra deyib: “Hərtərəfli profilaktika və nəzarət, epidemiyanın yayılmasının qarşısının ciddi şəkildə alınması üçün mərkəzi rəhbər qrup yaradılıb. Çinin bütün regionlarının hökumətləri xalqın sağlamlığına yüksək əhəmiyyət verir və virusa qarşı mübarizə aparmaq üçün bütün tədbirləri görürlər. Xubey əyalətinin Uxan şəhərindən başlayaraq bütün ölkə ərazisində hazırda profilaktika və nəzarətin kompleks mexanizmi yaradılıb. Bütün işlər açıq, şəffaf, elmi və müntəzəm əsasda aparılır. ÇXR-in Səhiyyə İşləri Dövlət Komitəsi epidemiyanın episentrinə - Uxan şəhərinə ağır xəstəliklər sahəsində mütəxəssislər - 1230 tibb işçisindən ibarət 6 qrup göndərib. Eynən bu qədər qrup ehtiyat heyətdən təşkil edilib və onlar istənilən vaxt epidemiyaya qarşı mübarizəyə başlamağa hazırdırlar. Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) həkim briqadaları təyyarələrlə Uxan şəhərinə göndərilib. Epidemiyanın yayılmasının qarşısını almaq üçün yanvarın 23-də Uxan ilə nəqliyyat əlaqəsi kəsilib. Yanvarın 26-da nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub. Tibbi heyətə, xəstələrə və çətinliklərlə üzləşən yerli sakinlərə pulsuz xidmət göstərmək üçün şəhərə 6 min taksi cəlb olunub. Bir neçə gün ərzində Uxanda Çin sürəti ilə 2 mindən çox çarpayılıq 2 yeni təcili yardım xəstəxanası inşa edilib. Si Cinpinin fərmanı ilə 1400-dən çox hərbi həkim bu xəstəxanalarda işləmək üçün fevralın 3-də Uxana gəlib. ÇXAO Hərbi Hava Qüvvələrinin səkkiz nəqliyyat təyyarəsi Uxana tibbi ləvazimat gətirib. Bütün şəhər xəstəxanalarında hərarəti yüksək olan pasiyentlər üçün qəbul fasiləsiz rejimdə işləyir. Xəstəxanalar müalicəyə ehtiyacı olan bütün insanları qəbul edir”.

Li Cinsonq vurğulayıb ki, Çin hökuməti epidemiya başlanan andan Dünya Səhiyyə Təşkilatının (DST) tələblərini üstələyən ən ciddi kompleks tədbirlər görüb. Eyni zamanda, Çin epidemiyanın vəziyyəti barədə dünyanı tam məsuliyyət hissi ilə açıq, şəffaf şəkildə və vaxtında məlumatlandırır. DST və dünyanın bir çox ölkələri bunu yüksək qiymətləndirirlər. DST-nin baş direktoru Tedros Hebreyesus deyib ki, Çində virus çox sürətlə aşkar edilib, vaxtında və şəffaf informasiya mübadiləsi aparılıb, dərhal və səmərəli tədbirlər görülüb ki, bu da epidemiyanın başqa ölkələrə yayılmasının qarşısını alıb. Çin hökuməti epidemiyaya qarşı mübarizə gedişində beynəlxalq əməkdaşlığa açıq, şəffaf və fəal olduğunu parlaq nümayiş etdirib. Çin DST ilə sıx əməkdaşlıq edir. Tedros Hebreyesus və DST mütəxəssisləri bir neçə gün əvvəl Uxanda olublar. Onlar profilaktik tədbirlər və epidemiyaya nəzarətlə bağlı Çin tərəfi ilə geniş fikir mübadiləsi aparıb, Çinin xəstəliyə qarşı mübarizədə böyük işlər gördüyünü tam təsdiq edib və onun töhfəsini yüksək qiymətləndiriblər. Diplomat deyib ki, epidemiyanın PHEIC kimi müəyyən edilməsi Çinə qarşı etinasızlıq deyil, daha çox Çinin epidemiyaya qalib gələcəyinə tam əminlik hissidir. Epidemiyaya qarşı mübarizədə Çinin səyləri hörmətə layiqdir və bəyənilməlidir. Bir çox epidemiyaların qarşısının alınması və onlara nəzarət edilməsi üzrə Çin tərəfindən görülən tədbirlər DST-nin müvafiq tələblərini üstələyir və bütün ölkələrin epidemiyaların profilaktikası ilə bağlı fəaliyyəti üçün yeni meyarlar yaradır. T.Hebreyesus onu da vurğulayıb ki, DST Çinə səfərlərə və Çinlə ticarətə qadağaları dəstəkləmir, əksinə, onlara qarşı çıxış edir. Çin qlobal və regional ictimai səhiyyənin təhlükəsizliyinin təmin edilməsi üçün DST və digər ölkələrlə birgə səylər göstərməyə hazırdır. Çinin müvəqqəti işlər vəkili fikrini bu sözlərlə tamamlayıb: “Biz epidemiyaya qalib gələ biləcəyimizə tam əminik”.

Görüşün sonunda xatirə şəkilləri çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər