ÇİN XALQ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB VEN SZYABAOYA
Hörmətli cənab Baş nazir,
Çin Xalq Respublikasının “Şençou-5” kosmik gəmisinin kosmosa uçuşunun uğurla başa çatması münasibətilə Sizi və bütün Çin xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı naminə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 16 oktyabr 2003-cü il.