DÜNYA
Çində kömür mədənində köməksiz vəziyyətdə qalan şaxtaçılardan biri xilas edilib VİDEO
Pekin, 17 dekabr, AZƏRTAC
Çinin Şensi vilayətindəki kömür mədənlərindən birində su basması nəticəsində köməksiz vəziyyətdə qalan 21 şaxtaçıdan biri mədəndən çıxarılıb.
AZƏRTAC yerli hökumətin məlumatına istinadla xəbər verir ki, Siaoyi şəhərindəki mədəndə qalan digər şaxtaçıların yerlərinin müəyyənləşdirilərək xilas olunmaları üçün əməliyyat davam edir. Axtarış-xilasetmə işlərinə 400 nəfərdən çox şəxsi heyət və xeyli texnika cəlb olunub. Xilasedicilər mədəndə qalanlarla əlaqə yarada biliblər.
Qanunsuz fəaliyyət göstərən mədəndə texniki təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verən hadisə ilə əlaqədar 6 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Hadisə dekabrın 15-də yerli vaxtla axşam saat 23:00 radələrində baş verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin