Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çingiz Qənizadə: Uduzan tərəf yenə Ermənistan oldu

Çingiz Qənizadə: Uduzan tərəf yenə Ermənistan oldu

Bakı, 16 sentyabr, AZƏRTAC

Ermənistan dünyada təcavüzkar, işğalçı dövlət kimi tanınır. Baxmayaraq ki, dünyanın bir sıra aparıcı dövlətləri, həmçinin nüfuzlu beynəlxalq təşkilatları bu işğalı açıq şəkildə etiraf etmir, ancaq fakt faktlığında qalır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri 30 ilə yaxın müddətdə Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Hətta dünyanın ən nüfuzlu təşkilatı olan BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə 4 qətnamə qəbul etmişdi. Eləcə də digər nüfuzlu beynəlxalq təşkilat olan AŞPA, QİƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı bu mövzuda qətnamə qəbul ediblər. Bütün bunlar Ermənistanın işğalçı dövlət olduğunun beynəlxalq səviyyədə tanınması deməkdir. Təəssüf ki, dünyada baş alıb gedən ikili standartlar və islamofobiya əsl həqiqətin üzə çıxmasına problem yaradır. Buna baxmayaraq, Azərbaycan Prezidentinin üzaqgörənliyi, siyasi iradəsi və rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı sayəsində Ermənistanın 30 illik işğalına son qoyuldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli kapitulyasiya aktını rəsmən imzaladıqdan sonra işğal siyasətindən əl çəkməli, ölkəsinin gələcəyi barədə düşünməli idi. Ancaq Azərbaycanın tarixi Qələbəsini həzm edə bilməyən Ermənistan və dünya erməniliyi, o cümlədən işğalçı ölkənin tərəfdarları, eləcə də ölkəmizin sürətli inkişafını həzm edə bilməyən bir sıra dövlətlər Ermənistanı, necə deyərlər, qızışdırır təxribatlar törətməyə təhrik edirlər. Hər dəfə də uduzan tərəf Ermənistan olur. Çünki artıq Azərbaycan Ordusu dünyanın ən güclülərindən biri olduğunu dəfələrlə təsdiqləyib. Ona görə də Ermənistan təxribat törədən kimi, dərhal başı üzərində “dəmir yumruğ”u görür. Bu dəfə də belə oldu. Məlum olduğu kimi, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Baxmayaraq ki, bizim də itkilərimiz oldu, düşmənin bütün hərbi infrastrukturu darmadağın edildi və həm hərbi texnika, həm də canlı qüvvə sarıdan böyük itkilər verdi.

Ç.Qənizadə deyib ki, Azərbaycan Ordusu düşmənin atəş nöqtələrini müəyyənləşdirərək həmin əraziləri darmadağın edib. Hələ ki, iki ölkə arasında sərhədlər tam müəyyənləşdirilmədiyindən, yəni delimitasiya və demarkasiya məsələsi öz həllini tapmadığından Ermənistanın hadisələrin onun ərazisində baş verdiyini iddia etməsi ölkəmizə qarşı növbəti şantajdır. Düşmənin təxribatlarına rəşadətli Ordumuz tərəfindən cavab verilən kimi, Ermənistanın baş naziri dərhal müxtəlif dövlətlərə, o cümlədən KTMT-yə yalvarıb-yaxardı. Ancaq bu dəfə də müsbət cavab almadı. Axı, KTMT Ermənistana sülhməramlı kontingent göndərmək iqtidarında deyil. Buna elə bir səbəb də yoxdur. Ermənistan həm bu təşkilatdan, həm də Rusiyadan rədd cavabı aldı. Çünki artıq bütün dünyaya da bəllidir ki, Azərbaycan öz ərazilərini işğaldan azad edir, haqq-ədalət uğrunda mübarizə aparır. Ermənistan tərəfi artıq açıq şəkildə dərk etməlidir ki, avantüraların heç bir əhəmiyyəti və köməyi yoxdur.

Komitə sədri bildirib ki, Azərbaycanın öz ərazilərini qorumaq hüququ var. Bu, beynəlxalq hüquq normalarında da təsbit olunub. Ona görə də düşmən unutmamalıdır ki, hansı nöqtələrdən Azərbaycana atəş açacaqsa, həmin nöqtələr vurulacaq və darmadağın ediləcək: “Azərbaycan dövlətinin niyyəti heç də Ermənistan ərazisinə keçmək, orada hər hansı bir əməliyyat aparmaq deyil. Ancaq rəşadətli Ordumuz öz ərazimizdən atəş açmaqla dövlətimizə qarşı hər hansı bir təzyiq və təhdidin qarşısını almalıdır və alır da. Bu, Azərbaycanın haqq işidir. Məlum olduğu kimi, sentyabrın 12-13-də Ermənistan ordusunun Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Düşmənin bu təxribatının qarşısı alınmalı idi və alındı da. Ağır itkilərə məruz qalan Ermənistan dərhal vay-şüvənlik salaraq, bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara məlumatlar verərək, guya Azərbaycan Ordusunun onları atəşə tutması barədə məlumatlar çatdırdı, ancaq bu yalan və şantajların heç bir əhəmiyyəti yoxdur. Artıq buna inanan da yoxdur”.

Komitə sədri diqqətə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırda Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Qeyd edib ki, Ermənistan ordusu bütün təxribatlarında dinc sakinləri hədəfə alıb. Bu dəfə də iki kəlbəcərli ağır yaralanıb. Onlardan birinin vəziyyəti orta-ağır olaraq qalır. Ümumiyyətlə, faşist xislətli Ermənistan ordusu dinc əhaliyə, uşaqlara, ahıllara, ağbirçəklərə qarşı həmişə amansız olub. Bu da dünyada insan hüquq və azdlıqlarının kobud şəkildə pozulması deməkdir.

Hüquq müdafiəçisi bildirib ki, qəhrəman Ordumuz Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrini susdurmaqla döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görür. Nə vaxta qədər erməni silahlı birləşmələri təxribat əməliyyatları törədəcəklərsə, layiqli cavablarını alacaqlar. Digər ölkələrə və beynəlxalq təşkilatlara yalvarmaqdansa, sülh müqaviləsini imzalamaq barədə düşünsünlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah bəzi yerlərdə yağış yağacaq

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə yaxın qohumlarını axtarıb

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan enerjinin həcmi açıqlanıb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir VİDEO

Bakıda axşam konsertləri keçirilir VİDEO

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ