Çinli mütəxəssislər AMEA-nın Elm Tarixi İnstitutu ilə əməkdaşlıqda maraqlıdırlar
Bakı, 10 may, AZƏRTAC
Çin İctimai Elmlər Akademiyası (ÇİEA) və Xuchou Universitetinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlara Elm Tarixi İnstitutunun fəaliyyəti barədə məlumat verilib. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Çin-Azərbaycan münasibətlərinin tarixi, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, ölkəmizin regionda geostrateji rolu və həyata keçirilən inkişaf proqramlarından bəhs edib.
Daha sonra institutun elmi katibi, siyasi elmlər doktoru Zaur Əliyev, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı və beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Nuriyev Azərbaycan-Çin münasibətlərinin inkişafı və tarixinə dair məruzələrlə çıxış ediblər.
Sonda çinli alimlər Elm Tarixi İnstitutunun fəaliyyətini yüksək qiymətləndirərək, birgə layihələrin və elmi araşdırmaların həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [16:55]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:50]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [15:53]
BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib
- 10.06.2026 [15:50]
Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub
- 10.06.2026 [15:43]