CİBC «CASPİAN ENERGY İNTEGRATİON AWARD-2008» MÜKAFATLARINI TƏQDİM ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Xəzər İşgüzar İnteqrasiya Klubu (CİBC) Beynəlxalq Ticarət mərkəzində öz dövlətlərinin ərazisində istehsal və sosial fəaliyyət sahələrində ən fəal iştirak edən, eləcə də dünya bazarlarında özlərinin fəaliyyət coğrafiyasını dinamik şəkildə genişləndirən şirkətlərə və təşkilatlara “Caspian Energy İntegration Award - 2008" mükafatlarını təqdim etmişdir. Xatırladaq ki, birinci və ikinci dərəcəli beynəlxalq elit "Caspian Energy İntegration Award - 2008" mükafatı Xəzər İşgüzar İnteqrasiya Klubu tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə görə dövlət məmurlarına və şirkət rəhbərlərinə təqdim edilir. Sorğu Xəzər-Qara dəniz və Baltik regionlarında işləyən dünyanın 32 ölkəsindən olan 1500 şirkətin top-menecerləri və orta pillə menecerləri arasında (7500 respondent) keçirilmişdir. Bunlar CİBC üzvləri və “Caspian Energy” Beynəlxalq nəşriyyat evi nəşrlərinin oxucu auditoriyasıdır.
CİBC-nin prezidenti və baş icraçı direktoru Telman Əliyev mərasimin təşkil edilməsində tərəfdaşlıq edənlərə, o cümlədən platin tərəfdaşa - “Texnika bank”a və şəxsən bankın müşahidə şurasının sədri Etibar Əliyevə, qızıl tərəfdaşa - Azercell şirkətinə və şəxsən şirkətin prezidenti Həlim Atəşə, gümüş tərəfdaşa - «MKT İstehsalat Kommersiya» şirkətinə və onun baş direktoru İkram Kərimliyə, eləcə də bürünc tərəfdaşa - «ANT İnshaat» şirkətinə və onun idarə heyətinin sədri Azad İbrahimova təşəkkür etmişdir.
“Caspian Energy İntegration Award - 2008" mükafatının birinci dərəcəli nominasiyaları üzrə sorğunun lideri “Azərbaycanın neft-qaz sənayesinin inkişafına çoxillik töhfələrinə görə” nominasiyası üzrə Azərbaycan Nazirlər Kabinetinin neft və kimya şöbəsinin rəhbəri Rasim Dadaşov, “Azərbaycanda standartlaşdırmanın və metrologiyanın inkişafına verdiyi töhfəyə görə” nominasiyası üzrə Dövlət standartlaşdırma, metrologiya və patentlər agentliyinin baş direktoru Ramiz Həsənov, “Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi töhfəyə görə” nominasiyası üzrə Azərbaycan Milli Məclisinin İqtisadi siyasət daimi komissiyasının sədri akademik Ziyad Səmədzadə olmuşlar.
GOGC şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zurab Qumberidze “Caspian Energy İntegration Award - 2008" mükafatının birinci dərəcəli “Gürcüstanın neft-qaz sektorunun inkişafına töhfələrinə görə” nominasiyasında sorğunun lideri olmuşdur.
Xatırladaq ki, bu ilin əvvəlində Xəzər İşgüzar İnteqrasiya Klubu yeni “Brand Award Azerbaijan” mükafatı təsis etmişdir. Məlum olduğu kimi, bu gün Azərbaycanda müxtəlif mallar buraxılır, geniş çeşidli xidmətlər göstərilir. T.Əliyevin sözlərinə görə, bu malların və xidmətlərin brendi hamıya yaxşı tanışdır. Bununla əlaqədar, ilin brendini təyin etmək məqsədi ilə yeni internet-sorğu keçiriləcəkdir. «Brand Award Azerbaijan» mükafatı ilin sonunda beynəlxalq standartlara müvafiq mallar və xidmətlər təklif edən şirkətlərə təqdim olunacaqdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [20:53]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [20:14]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [20:00]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [19:55]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
- 04.06.2026 [18:45]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:38]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [18:36]
AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb
- 04.06.2026 [18:28]
AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir
- 04.06.2026 [18:20]
Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub
- 04.06.2026 [18:16]
Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək
- 04.06.2026 [18:14]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 04.06.2026 [18:12]
BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir
- 04.06.2026 [18:09]
Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq
- 04.06.2026 [18:05]
Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik
- 04.06.2026 [18:02]
Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub
- 04.06.2026 [17:56]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:48]
Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik
- 04.06.2026 [17:47]
Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?
- 04.06.2026 [17:47]
AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir
- 04.06.2026 [17:41]
® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!
- 04.06.2026 [17:41]
Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir
- 04.06.2026 [17:40]
Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb
- 04.06.2026 [17:37]
Bakı Texniki Kollecinə müəllim tələb olunur
- 04.06.2026 [17:36]
“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 04.06.2026 [17:34]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [17:30]
Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan
- 04.06.2026 [17:29]
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan
- 04.06.2026 [17:28]
“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş
- 04.06.2026 [17:28]
Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən
- 04.06.2026 [17:27]
Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən
- 04.06.2026 [17:26]
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən
- 04.06.2026 [17:25]