Coğrafiya İnstitutu magistrantlarının onlayn dərsləri davam edir
Bakı, 1 may, AZƏRTAC
Karantin şəraiti ilə əlaqədar AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda təhsil alan magistrantlar üçün dərslər onlayn qaydada davam etdirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dərslərə müxtəlif ixtisaslar üzrə akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Rauf Qadraşov, coğrafiya üzrə elmlər doktoru Əmir Əliyev, coğrafiya üzrə fəlsəfə doktorları Mirnuh İsmayılov, Müseyib Yunusov, Natavan Cəfərova, Samirə Abuşova, Səidə Zeynalova və Rəfail Abdullayev qatılıblar.
İnstitutun direktoru, akademik Ramiz Məmmədov birinci kurs magistrantı Vüsalə Rəsulzadə üçün Xəzərin səviyyə tərəddüdü fənni üzrə keçdiyi dərsdə Xəzər dənizinin səviyyə dəyişmələri, onların səbəbləri, dəyişmələrə təsir edən amillər, səviyyə dəyişmələrində iqlimin və tektonik hərəkətlərin rolu və sair haqqında geniş məlumat verib.
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov və Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev dərslərə nəzarət edirlər.