ELM VƏ TƏHSİL
Coğrafiyaçı alim konfransda Xəzərin sahil ərazilərinin iqlim resurslarından danışıb
Bakı, 6 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri professor Əmir Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kosmik texnologiyalar və Heydər Əliyev dühası” adlı konfransda iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi tərəfindən təşkil edilmiş tədbirdə alimin “Xəzər dənizinin şimal-qərb sahil ərazilərinin iqlim resursları (Azərbaycan Respublikası akvatoriyasında)” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə Xəzər sahili zonasının təbii iqlim şəraiti kurort-sağlamlıq baxımından çoxillik müşahidə məlumatları əsasında analiz edilir. Xəzər dənizinin səviyyə dəyişmələri ilə əlaqədar sahil zonasında baş verə biləcək proseslər araşdırılır.