Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dadlı-duzlu Naxçıvan pendiri

Naxçıvan, 10 dekabr, AZƏRTAC

Naxçıvan pendirinin dadına baxanlar onun necə ləzzətli olduğunu bilirlər. Bu gün qədim yurd yerimizin hansı kəndinə getsək, heyvandarlıqla məşğul olan hər bir ailədə üzlü, üzsüz, qaşar, sərmə, axtarma, ovma, döymə, motal kimi pendir növlərinin hazırlandığının şahidi olarıq.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı Şərur rayonunda təcrübəli, əməksevər qadın, 95 yaşlı Dilbər Məmmədova ilə həmsöhbət olub. Dilbər nənə südün sağılmaq qaydasından tutmuş pendirin ərsəyə gəlməsinədək bir çox mərhələlər barədə danışıb: Dadlı-təamlı süddən ləziz pendir məhsulu almaq həm də səriştə, bacarıq tələb edir. Pendiri vurarkən südün temperaturunu, onun əmələgəlmə vaxtını diqqətdə saxlamaq lazımdır ki, pendir nə qıcqırıb deşik-deşik, nə də bərkiyib zay olsun. Həmçinin süzmə qaydasına, kəsilməsinə, duzlanmasına və pendirin saxlanmasına dəqiq riayət olunarsa, südün dadı üzə çıxar. Pendir hazırlamaq üçün görülən bu iş heyvan sağılmağa başladığı dövrdən həyata keçirilir. Ancaq təcrübədən demək olar ki, yaxşı pendir tutmaq üçün “quyruq doğdu”dan, yay yarı olandan sonra bu işə başlanılmalıdır. Xalq arasında adı, dadı dillər əzbəri olan arxac, qaşar, axtarma pendirləri daha çox ilin bu dövründən sonra tutulur. El arasında bu cür pendirlərə “payız pendiri” deyirlər. İlin bu dövründə süd yağlı olduğundan ondan hazırlanan pendirlər daha dadlı olur.

Dadı həm də mayasından asılıdır

Nənə deyib ki, tutulan pendirin dadı mayasından çox asılıdır. Pendir hazırlamaq üçün mayadan (pendir mayası) və təbii halda bitən dələmə otundan istifadə edilir. O, mayanın hazırlanma qaydasından da danışır: Qursaq duzlanıb qurudulur, pambıq parçadan hazırlanmış kisədə saxlanılır. Buğda qaynadılır, soyuduqdan sonra şüşə və ya şirli qaba tökülür, üzərinə kiçikölçülü şəffaf daşduz parçası, təmiz yuyulmuş bir çiy yumurta atılır. Bir ovuc noxud, bir ovuc kəklikotu, iki tikə qənd, bir qursaq qoyulduqdan sonra on gün torpaqda saxlanılır. On gün tamam olduqdan sonra torpaqdan çıxarıb süzüb, istifadə edirik. “Əl mayası” dediyimiz bu mayanı kiməsə borc vermirik, belə olarsa, mal-qaranın südü bərəkətini itirər. Heyvandarlıqla məşğul olan hər kəsə ruzi-bərəkət arzulayanda “mayanız bol olsun” deyirik. Obaya köçməzdən əvvəl ilk hazırlığımız maya tutmaq olur ki, orada mal-qaranın südü bollaşanda pendir tutmağa mayamız olsun. Hər dəfə Batabat yaylağına çıxanda özümlə ən azı üç litr maya aparardım ki, orada pendir tuta bilim. Ancaq dövr dəyişib, çoxlu üsullar yaranıb. İndi təbii yolla maya hazırlamaq da artıq yaddan çıxıb. İndiki gənc nəsil əziyyət çəkib təbii yolla maya hazırlamaq yerinə, başqa üsullarla hazırlanan mayalara üstünlük verir.

Dilbər nənə pendiri tutmaq qaydası barədə də məlumat verir: Azca isidilmiş südə pendir mayası qatılır, 1-2 saatdan sonra uyuşmuş süd pambıq parçadan tikilmiş torbaya tökülür, üzərinə ağır olan bir neçə daş qoyulur. Daş nə qədər ağır olsa, o qədər yaxşıdır. Bir neçə saatdan sonra bərkiyən pendir torbadan çıxarılır və doğranıb duzlanılır. Naxçıvan duzunun az üyüdülmüşündən istifadə olunması pendiri həm dadlı, həm də keyfiyyətli edir. Üzərinə pendir suyu tökülür. Təzə pendir duzlanılıb bir qaba yığıldıqdan sonra onun özünün tərkibindəki su da yavaş-yavaş çıxmağa başlayır. Suyun qalması onun uzun müddət keyfiyyətli şəkildə saxlanmasına imkan verir.

Qış aylarında şirin çay, ovma pendirlə lavaş dürməyinin yerini heç nə verməz

Nənənin sözlərinə görə, Naxçıvanda pendirin bir çox növü var. Məsələn, onlardan biri də axtarma pendiridir. Onu əldə etmək üçün yaylaqda olan yağlı, südlü qoyunları seçib (pendirin adı da buradan yaranıb) sağır, südündən pendir hazırlayırlar. Pendirin, adətən, tutulduqdan ən az üç ay sonra süfrəyə gətirilməsi daha məsləhətlidir. Çünki bu zaman o daha yaxşı dəymiş olur. Naxçıvanın dadı damağımızdan getməyən pendirinin ən gözəli və dadlısı isə təbii ki, ovma pendirdir. Qış aylarında şirin çay, ovma pendirlə lavaş dürməyinin yerini heç nə verə bilməz. Yəqin ki, bunu qədim yurdun qonağı olub ovma pendirin dadına baxanlar da təsdiqləyər.

“Döymə, ovma pendir necə ərsəyə gəlir?” sualımıza nənənin cavabı elə oldu: Bəlkə də, bu pendirin dadlı olmasının səbəbi onun zəhmətlə hazırlanmasındadır. Adi pendir hazır olduqdan, yəni turşusunu alıb bərkiyəndən sonra onu təmiz yuyub ən az bir gecə qurumağa qoyuruq. Sonra pendir daşının üstündə döyür və yaxud əl ilə ovuruq. Ovduqdan sonra pambıq süfrəyə bükür, bir-iki saat saxlayırıq. Qabaqcadan yuyulub qurudulmuş küpə, şüşə balona az-az töküb əlimizlə və ya toxmaq ağacı ilə küpənin içərisində döyürük. Pendiri küpəyə nə qədər sıx yığsaq, o daha yaxşı qalar. Küpənin içərisində hava qalarsa, ovma pendir keyfiyyətini itirər və tez bir zamanda xarab olar. İçərisinə tərxun, kəklikotu vurub, küpələrə, şüşə balonlara yığıb ağzına tənzif, tut yarpağı, sələ (sələ qoyun dərisindən hazırlanır) qoyub bağlayırlar. Sonra küpəni tərsinə çevirib torpağa basdırırlar. Arxa tərəfi bir az çöldə qoyulur ki, hava dəysin. Əgər pendirə hava dəyməsə və ya suyu süzməsə, onda xarab olar. Yayın isti günlərində pendir basdırdığımız yeri tez-tez su ilə islatmağımız məsləhətdir. Pendiri ovulmamış, doğranmış şəkildə torpağa basdırıb saxlamaq da olar. Bu barədə danışan nənə deyib ki, doğranmış pendir bir küpəyə yığılır, üzərinə duzlu su əlavə edilir, ağzı möhkəm bağlanır, çox da dərin olmayan bir çuxur qazılıb basdırılır. Bu üsulla saxlanılan pendirin dad-təamı da ovma pendir kimi olur. İstəyə görə suyuna dağ nanəsi, kəklikotu, tərxun atmaq olar.

Pendiri dəri saxlar...

Motal pendiri dağ kəndlərində və arandan dağlara köç edən əhalinin daha çox hazırladığı pendir növüdür. Pendir motalın (bu, heyvan dərisindən hazırlanır) yunlu hissəsinə (yunu kəsib bir santimetr saxlanılır) yığılıb saxlanıldığı üçün belə adlandırılır. Torpağa basdırılıb qış üçün saxlanılır. Pendir motalda xarab olmasın deyə, arabir o biri tərəfi üstə də çevirmək lazımdır. Əvvəllər şor, pendir saxlamaq üçün xırda¬buynuzlu heyvanların dərisindən hazırlanmış “çılğı” adlanan məişət əşyasından da istifadə olunurdu.

Onu da deyək ki, pendir qoyun, inək, keçi, camış südündən hazırlanır. Ən qiymətlisi keçi südündən olanıdır. El arasında deyirlər ki, Naxçıvanın torpağı duzludur, heyvanları da bu torpaqda bitən duzlu ot yediyindən əti də, südü, pendiri də dadlı olur.

Şorun hazırlanması barədə də danışan Dilbər nənə deyib ki, süd ocağın üstünə qoyub qaynadılır, içərisinə duz atıb çürüdülür. Bu zaman su hissəsi üzə, şoru isə qazanın dibinə çökür. Ocaqdan götürüb süzmək üçün torbalara tökülür. Torbanın üzərinə daş qoyulur ki, süzmə prosesi axıra qədər getsin. Süzülüb qurtardıqda çürümüş şoru ləyənlərə tökür, sonra yumrulayıb qurudurlar. Bu vaxt onun yaxşı qurumasına çalışmaq lazımdır, çünki yaxşı qurumazsa, xarab olar. Bunun üçün hazırlanmış yumrular orta hissəsindən deşilir. Quruduqdan sonra torbalara yığıb qış üçün saxlanılır.

Onun sözlərinə görə, Naxçıvan əhalisinin minilliklər boyu qışa tədarük prosesində hazırladığı süd-ağartı məhsulları içərisində xüsusi yeri olan pendir el arasında süfrənin “şahı” adlanır. Dadı dillər əzbəri olan Naxçıvan pendirinin sirri isə ondadır ki, doğma təbiətimiz zəngindir, bu zənginlikdən istifadə edərək hazırlanan süd-ağartı məhsulları həm də zəhmətsevər insanların əməyinin nəticəsində hasilə gəlir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müstəqillik Günündə Qarabağa səfər dövlət-xalq birliyinin ən parlaq nümunəsidir - ŞƏRH

Xankəndidə çay və qəhvə festivalı

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Bu saata olan əsas xəbərlər

Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

Kolumbiya radiosunda 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs olunub

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi pley-offa yüksəlib

İsveç cinayətkarlıqla mədəniyyət kontekstində mübarizə aparmaq niyyətindədir

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

Sənət, ruh və rənglərin harmoniyası: samuxlu rəssamın yaradıcılıq dünyası

Azərbaycan teatrı Kişineuda beynəlxalq festivalda təmsil olunub

“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib

Yağışlı hava ilə bağlı sürücülərə müraciət olunub

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO

Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı hansı dəyişiklikləri vəd edir?

Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ

Rumıniya Rusiya konsulluğunu bağlayır

Nazirlik: 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılması nəzərdə tutulur

® Azərbaycan qlobal mərkəz və gələcəyin körpüsü

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

“Karvan-Yevlax” klubu baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək VİDEO

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək VİDEO

Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO

Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

Moldovadakı soydaşımız mer seçkilərinin ikinci turunda qalib gələcəyinə inanır

Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq VİDEO

Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq VİDEO

Ukraynada azərbaycanlı meri bıçaqlayan fermer saxlanılıb

Azərbaycanın aqrar ixracında yeni hədəflər: meyvə-tərəvəz sektoru böyüyür - ŞƏRH

İstanbulun fəthindən 573 il ötür

Varşavada Visla çayının üzərindəki körpü Azərbaycan bayrağının rənglərinə bürünüb

Rumıniyada dron insidenti Avropanın təhlükəsizlik sistemində yeni çağırışları üzə çıxarıb

Ekspert: Zəngəzur dəhlizi Türk dünyasında inteqrasiyanı gücləndirəcək

Ağdərədə XI-XV əsrlərə aid saxsı nümunələri və kurqanlar tapılıb

Sabah paytaxtda və bölgələrdə qeyri-sabit hava şəraiti gözlənilir

Rəqəmsal dünyanın uşaqlara təsiri: sosial şəbəkələr və videooyunlar - ARAŞDIRMA

İordaniya mətbuatı Azərbaycanın Müstəqillik Gününü geniş işıqlandırıb

Malayziyada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Romada Azərbaycanın Müstəqillik Günü: İtaliya rəsmiləri strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər

Böyük Qaladərəsi kəndində həyat yenidən canlanıb VİDEO

Böyük Qaladərəsi kəndində həyat yenidən canlanıb VİDEO

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

FHN Bakıda şin anbarının fəaliyyətini dayandırdı

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

A.H.Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Avropalı liderlər Rusiyaya məxsus dronun Rumıniyada yaşayış binasına çırpılmasını sərt şəkildə qınayıblar

ABŞ-İran danışıqları neft bazarına təsir etdi: qiymətlər kəskin düşdü

Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı VİDEO

Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı VİDEO

Azərbaycanın Müstəqillik Günü münasibətilə Bratislavada rəsmi qəbul təşkil olunub

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

AZANS “Airspace World 2026” sərgisində Azərbaycanın tranzit potensialını nümayiş etdirib

FHN-in Muğan Regional Mərkəzində məktəblilərin zona yarışı təşkil edilib

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

DİN-dən velosiped və skuter sürənlərə mühüm xəbərdarlıq VİDEO

DİN-dən velosiped və skuter sürənlərə mühüm xəbərdarlıq VİDEO

Təbiətlə zəhmətin harmoniyası – Naxçıvan göycəsi VİDEO

Təbiətlə zəhmətin harmoniyası – Naxçıvan göycəsi VİDEO

Ekspertlər Xəzər və Aral dənizlərinin taleyi haqqında: Heç bir ölkə bu problemi təkbaşına həll etməyəcək VİDEO

Ekspertlər Xəzər və Aral dənizlərinin taleyi haqqında: Heç bir ölkə bu problemi təkbaşına həll etməyəcək VİDEO

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi VİDEO

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi VİDEO

Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırıb

Azərbaycan neftinin qiyməti 100 dollar olub

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Qanunsuz yolla gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Beyləqanda fərdi yaşayış evi yanıb VİDEO

Beyləqanda fərdi yaşayış evi yanıb VİDEO

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

“Arsenal”ın 5 futbolçusu Premyer Liqada mövsümün rəmzi komandasına seçilib

Londonda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib VİDEO

Londonda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib VİDEO

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

ABŞ Braziliyanın 2 cinayətkar qrupunu beynəlxalq terror təşkilatları siyahısına əlavə edib

“Barselona” argentinalı hücumçu ilə anlaşıb

Argentinada vağ quşuna bənzəyən lələkli dinozavrın qalıqları aşkar edilib

Livanda hava və artilleriya hücumları nəticəsində ölənlərin sayı 3324 nəfərə çatıb

ABŞ-nin Vitse-prezidenti: İranla sülh razılaşması əldə olunmayıb, amma buna çox yaxınıq

Argentina millisinin heyəti açıqlanıb: Lionel Messi 6-cı dəfə dünya çempionatında

Avropa çempionatı: Azərbaycan millisinin rəqiblərinin oyununda qapılara qol vurulmayıb

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılır

Baş nazir: Macarıstan Ukraynaya silah və hərbi texnika tədarük etməyəcək

Ukraynanın Trustkavets şəhərində yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Milli musiqi gecəsi - “Balabanın sehrində”

İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır

ABŞ, Meksika və Kanada futbol üzrə dünya çempionatında Ebola epidemiyası ilə bağlı səyahət məhdudiyyəti elan edib

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

Federasiyanın icraçı vitse-prezidenti: “Sea Breeze Marina” yaxta klubu Azərbaycanda su idman növlərinin inkişafı üzrə yeni məkana çevriləcək

BMT-nin Baş katibi üzv ölkələri maliyyə öhdəliklərini yerinə yetirməyə çağırıb

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

Norveç nəşri Osloda Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdən yazıb

Pakistanın xarici işlər naziri Vaşinqtonda İran münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr aparacaq

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj

"Qəbələ" Premyer Liqada qalıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO