DAĞISTAN UNİVERSİTETİNDƏ TARİXÇİLƏRİN KONFRANSI KEÇİRİLMİŞDİR
Konfransda Moskva, Azərbaycan və Mordva alimləri iştirak etmişlər.
DDU-nun tarix fakültəsinin dekanı, professor B.Bulatov, elmi işlər üzrə prorektor, professor N.Aşurbəyov və başqaları çıxışlarında mövzunun aktuallığını vurğulamışlar.
Ümumi iclasda səslənən məruzələrdə Qafqazın coğrafi siyasətinə, Azərbaycan xanlıqları tarixinə, Krım müharibəsinə və orta əsrlərdə Dağıstanın Yaxın Şərq ölkələri ilə mədəni əlaqələrinə toxunulmuşdur.
Sonra konfrans işini “Qafqaz, Yaxın və Orta Şərq xalqlarının coğrafi siyasət və qarşılıqlı münasibətlər problemləri” və “Qafqaz, Yaxın və Orta Şərq xalqlarının iqtisadi və mədəni əlaqələri” bölmələrində davam etdirmişdir.
Konfrans iştirakçıları Dağıstanın tarix elmi qarşısında duran fundamental vəzifələrinə dair müzakirələr aparmış, əməli tövsiyələr qəbul etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]