Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daha 7 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə birinci oxunuşda olan 7 məsələnin daxil edildiyini, bunlardan 6-sının 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri olduğunu söyləyib.

Tahir Mirkişili əvvəlcə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə fikirlərini açıqlayıb. O bildirib ki, 2024-cü ilin dövlət büdcəsində gəlirlərin 14 milyard manatı Dövlət Vergi Xidmətindən yığılan gəlirlərə aiddir. Bunun 10 milyard manatı qeyri-neft sektorundan, 4 milyard manatı isə neft sektorundan yığılan vergilərə aiddir. Komitə sədri Vergi Məcəlləsinə edilən dəyişikliklərin əksəriyyətinin sahibkarlıq sahəsində edilən güzəştlərlə bağlı olduğunu deyib. Bildirib ki, ümumilikdə təklif edilən dəyişikliklərdə güzəştlərin ümumi həcmi növbəti il üçün 80 milyon manata yaxındır.

Komitə sədri qeyd edib ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklər ölkədə biznes mühitinin inkişafına, etimad mühitinin güclənməsinə, habelə dövlət büdcəsinin gəlirlərinin artmasına xidmət edir.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxışında rəhbərlik etdiyi qurumun əsas fəaliyyətinin biznesin stimullaşdırılmasına, vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın, habelə vergi mədəniyyətinin səviyyəsinin yüksəldilməsinə yönəldiyini söyləyib. O, son dövrlərdə Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi dəyişikliklərin edildiyini deyib. Qeyd edib ki, əsas məqsəd sahibkarlığın, xüsusilə kiçik və orta biznesin dəstəklənməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi olub.

Xidmət rəisi bildirib ki, diqqətə çatdırıb ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas məqsədi biznes yükünün optimallaşdırılması, sahibkarlıq subyektlərinin fəaliyyəti üzrə vergi güzəştlərinin hədəfli tətbiqi, kölgə iqtisadiyyatının əhatə dairəsinin daraldılması, vergi orqanlarının risk əsaslı nəzarət sisteminin qurulması, mikro sahibkarlıq subyektlərindən kiçik sahibkarlıq subyektlərinə keçidin stimullaşdırılması, sosial dəstək mexanizmləri vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılmasıdır. Dəyişikliklər, əsasən, maliyyə, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sektorları əhatə edir. Təklif olunan dəyişikliklər nəticəsində dövlət büdcəsinə 121,5 milyon manat gəlir, 79,5 milyon manat itki, ümumilikdə isə 42 milyon manat büdcə daxilolmaları gözlənilir.

İclasda Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov çıxış edərək, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verib. O, Məcəlləyə edilən dəyişikliklərin 71 əsas maddə üzrə 201 alt-maddədən ibarət olduğunu deyib. Bildirilib ki, layihədə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi və vergi inzibatçılığı tədbirlərinin təkmilləşdirilməsi istiqamətləri üzrə dəyişiklikləri əhatə edən müddəalar öz əksini tapıb.

Sonra Nicat İmanov sözügedən istiqamətlər üzrə Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər barədə slaydlar vasitəsi ilə təqdimatı diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov maliyyə-bank sistemi ilə bağlı təklif olunan dəyişiklər barədə fikirlərini söyləyib. O, fiziki şəxslərin depozitlərinin faiz dərəcələri üzrə verilən güzəştlərin mahiyyəti barədə danışıb. Qeyd edib ki, layihəyə hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsinin fiziki şəxslərin gəlir vergisindən azad edilməsi ilə bağlı müddəa əlavə edilib. Bununla yanaşı, layihədə əmanətlərin uzunmüddətli yerləşdirilməsinin təşviq edilməsi məqsədilə banklar tərəfindən fiziki şəxslərin depozitlərinin 18 ay və daha çox müddətə yerləşdirilməsi ilə bağlı güzəştlərin nəzərdə tutulduğu qeyd olunub.

Rəşad Orucov çıxışında İcbari Sığorta Bürosu ilə bağlı məsələyə də toxunub və qurumun icbari sığorta sisteminin sabitliyinin və inkişafının təmin edilməsində rolundan danışıb.

Sonra Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı müzakirələr aparılıb. Deputatlar sənədin mükəmməl hazırlandığını, təklif olunan düzəlişlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri Tahir Mirkişili gündəlikdəki digər 6 məsələni təqdim edib.

Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı bildirilib ki, sənəddə məhdud məsuliyyətli və ya səhmdar cəmiyyətlərinə qarşı pul tələbinə malik olan şəxslərin pul tələblərini əvəzləşdirməklə nizamnamə kapitalına maya qoyması və ya əlavə buraxılmış səhmləri əldə etməsi, maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə isə bu prosesin maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlı müddəalar nəzərdə tutulub. Həmçinin layihədə məhdud məsuliyyətli və ya səhmdar cəmiyyətlərinə qarşı pul tələbinə malik olan şəxslərin pul tələblərinin əvəzləşdirilməsi mexanizmi nəzərdə tutulub.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihədə bildirilir ki, qanunun 3.4.11-ci və 3.4.12-ci maddələrində göstərilən tələblər bir nəzarət-kassa aparatının çeki üzrə hesablaşmalara şamil edilir.

Digər iki məsələ - “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə uyğun olaraq, ləğv edilən sığortaçının və müflis bankın dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəməli olduğu vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənilməsi nəzərdə tutulur.

Gündəliyin daha bir məsələsi - “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi mal, xammal və avadanlıqların idxalını dəstəkləmək məqsədilə müvafiq qurumlar tərəfindən bir sıra malların idxalının, eləcə də müəyyən məqsədlər, o cümlədən humanitar yardımın göstərilməsi, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün malların idxalının gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.

Bildirilib ki, sonuncu məsələdə - “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində uyğunlaşdırma xarakterli düzəlişlər öz əksini tapıb.

Gündəliyin bu 6 məsələsi də birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb