Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Cəlilabadda keçiriləcək görüşün vaxtı dəyişdirilib
Bakı, 9 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimovanın Cəlilabadda yerləşən Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev pr, 312) fevralın 13-də keçirilməsi nəzərdə tutulan Cəlilabad, Biləsuvar, Yardımlı və Masallı rayonlarının sakinlərinin qəbulu vaxtı fevralın 20-nə dəyişdirilib.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, saat 12:00-dan etibarən keçiriləcək görüşdə vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Görüşdə iştirak etmək istəyənlər (012) 5109333 və (055) 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Cəlilabad Ərazi İdarəsinə (telefon: (2524) 5-10-80, elektron ünvan: [email protected] ) fevralın 19-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.