Daşkənddə “Mərkəzi Asiya-ABŞ” formatında nazirlər görüşü keçirilib
Daşkənd, 3 fevral, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Daşkənddə “Mərkəzi Asiya-ABŞ” (“C5+1”) formatında keçirilən nazirlər görüşündə iştirak edib.
AZƏRTAC Özbəkistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın Xarici İşlər nazirləri iştirak ediblər.
Tədbirdə bu ölkələr arasında iqtisadi, energetika sahələrində əməkdaşlıq, sərhədlərin qorunması, regional ticarətin və su-energetika sahəsinin inkişafı, beynəlxalq terrorizm və ekstremizmlə mübarizə, təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Maykl Pompeo ABŞ-ın Mərkəzi Asiya üzrə yeni strategiyasına müvafiq olaraq bu ölkələrə dəstəyini təsdiq edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd