Daşkənddə ümummilli liderin doğum günü ilə əlaqədar mərasim keçirilmişdir
Daşkənd, 11 may (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki Heydər Əliyev muzeyində ulu öndərin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar mərasim keçirmişdir.
Tədbirdə Azərbaycan diasporunun fəalları, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Əvvəl mərasim iştirakçıları ulu öndərin binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoymuş, foyedə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi ilə tanış olmuşlar.
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov salona toplaşanları salamlamış, böyük siyasi xadim Heydər Əliyevin 70-80-ci illərdə və müstəqillik dövründəki fəaliyyəti haqqında geniş məlumat vermiş, bildirmişdir ki, Azərbaycan milli dövlətçiliyinin formalaşması, ölkə iqtisadiyyatının dirçəldilməsi sahəsində ulu öndər müstəsna xidmət göstərmişdir.
Səfir demişdir ki, Azərbaycanın çətin günündə, dövlətçiliyimiz təhlükə qarşısında qaldığı bir vaxtda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni böhrandan çıxardı və dövlət quruculuğu sahəsində uğurlu addımlar atdı. “Özümü xoşbəxt sanıram ki, bu böyük siyasətçi ilə birlikdə işləmişəm, onunla işləmək həm çətin, həm də şərəfli idi”, - deyən N. Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndərin siyasi kursunu davam etdirdiyini xüsusi vurğulamışdır.
Sonra səfir ulu öndərlə bağlı xatirələrini danışmış, iştirakçıların suallarına cavab vermişdir.
Mədəniyyət Mərkəzinin həyətində qurulmuş monitorda ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]