DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ RESPUBLİKA PROKURORLUĞU MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI
Avqustun 19-da saat 04.15-də naməlum şəxslər Zaqatala rayon polis şöbəsinin qarşısında xidmət aparan polis əməkdaşlarını avtomat silahlardan atəşə tutmuşlar. Nəticədə 5 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Polisin açdığı cavab atəşindən sonra silahlı cinayətkarlar hadisə yerindən qaçmışlar.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan bu ağır cinayəti təxribatlar törətmək, milli zəmində münaqişə yaratmaq və beləliklə, bölgədə sabitliyi pozmaq məqsədi ilə bu il iyulun 30-da daxili qoşunların Zaqatala rayonunun Qala adlanan ərazisində yerləşən hərbi hissəsinin növbətçi hissəsinə silahlı hücum edən, avqustun 17-də həmin rayonun Car kəndindəki İmam Şamilin büstünü partladan cinayətkar qrupun üzvlərindən Zaqatala rayonunun Kebeloba kənd sakinləri - İlham Baqqayev, Emin Mollayev, Qurban Həsənov, İslam Xiniyev, Abdulhəmid və İbrahim Bulayevlər törətmişlər.
Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu digər hüquq-mühafizə orqanları ilə birgə belə terrorçuluq aksiyalarının qarşısının alınması və cinayətkar bandanın bütün üzvlərinin tam ifşa olunaraq zərərsizləşdirilməsi üçün intensiv əməliyyat-axtarış tədbirlərini və istintaq hərəkətlərini davam etdirirlər.
Ağır terrorçuluq aktları ilə bağlı Zaqatala rayonuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli əməkdaşları ezam olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]