Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR

İyulun 25-də Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilmişdir.

İclasda 2003-cü ilin 6 ayında cinayətkarlığa qarşı mübarizənin, ictimai təhlükəsizliyin təmin olunması işinin vəziyyəti və daxili işlər orqanları qarşısında duran vəzifələr müzakirə edilmişdir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclası açdı, altı ayın yekunlarına dair bu cür iclasların bütün şəhər və rayon polis strukturlarında keçirildiyini, yanvar-iyun aylarında cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında əvvəlki illərdə qazanılmış uğurların qorunub saxlanıldığını bildirdi və dedi ki, həmişə olduğu kimi, ötən altı ayda da Prezidentimiz Heydər Əliyevin qarşımızda qoyduğu vəzifələr uğurla həyata keçirilmişdir.

İlin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr haqqında daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov məruzə etdi. Natiq dedi ki, dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə beynəlxalq norma və standartlara uyğun aparılan hərtərəfli islahatlar nəticəsində nail olunmuş demokratik və hüquqi dövlət quruculuğu üzrə müsbət proseslər cari ilin birinci yarısında da uğurla davam etdirilmişdir. Cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunması sahəsində əvvəllər əldə edilmiş uğurlar hesabat dövründə də qorunub saxlanılmışdır.

Bəzi dağıdıcı qüvvələrin ölkəmizdə sabitliyi pozmaq cəhdlərinin qarşısının qətiyyətlə alındığını, ictimai-siyasi sabitliyin qorunub saxlanıldığını, kriminogen durumun daim nəzarətdə olduğunu vurğulayan məruzəçi həyata keçirilən tədbirlərdən danışaraq dedi ki, ardıcıl və məqsədyönlü əməliyyat-xidmət fəaliyyəti nəticəsində ümumi cinayətlərin sayı bu ilin altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz, ağır və xüsusilə ağır cinayətlər 3 faiz azalmışdır. Cari ilin birinci yarısında cinayət-axtarış xətti ilə qeydə alınmış 4777 cinayətdən 4520-sinin və yaxud 94,6 faizinin, o cümlədən qeyri-aşkar şəraitdə baş vermiş 2345 cinayətdən 2113-nün və ya 90,1 faizinin açılması təmin edilmişdir.

Nazir axtarışda olanların tutulmasına dair göstəricilərin ötən ilin müvafiq dövrünə nisbətən yaxşılaşdığını, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1374 odlu silah götürüldüyünü, qanunsuz odlu silah və döyüş sursatı saxladığına görə 68 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, nəticədə odlu silahla törədilən cinayətlərin sayının 23 faiz azaldığını, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilmiş tədbirlər zamanı cinayətkarlardan 42,5 kiloqram müxtəlif növ narkotik vasitə götürüldüyünü də diqqətə çatdırdı.

Naxçıvan MR-in daxili işlər naziri, polis polkovniki Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-leytenant Məhərrəm Əliyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, DİN-in Baş Kadrlar İdarəsinin rəisi, general-mayor Məmməd Əsgərov, DİN-in Pasport Qeydiyyatı İdarəsinin rəisi, polis-polkovniki Rafiq Babayev, eləcə də bir çox yerli polis orqanlarının rəhbərləri məruzə ətrafında çıxış etdilər, ötən dövrdəki uğurlardan danışdılar, yol verilmiş nöqsanları qısa müddətdə aradan qaldıracaqlarını söylədilər.

Bildirildi ki, Azərbaycan polisinin peşə bayramına həsr olunmuş təntənəli mərasimdə Prezident Heydər Əliyevin proqram xarakterli nitqində daxili işlər orqanları qarşısında mühüm vəzifələrin yerinə yetirilməsi məqsədi ilə nazirlikdə xüsusi proqram hazırlanmış və yerlərə göndərilərək, icrası nəzarətə götürülmüşdür. Kadrlarla və şəxsi heyətlə iş sahələrinə dair məsələlərin həlli üçün ayrıca tədbirlər planı tərtib edilmiş, dövlətimizin başçısının nitqi peşə hazırlığı dərslərində dərindən öyrənilmiş, yüksək peşəkarlığı, mənəvi keyfiyyətləri və təşkilatçılıq bacarığı ilə seçilən əməkdaşlar mükafatlandırılmış, Prezidentin tövsiyələrinə uyğun olaraq, Polis Akademiyasına qəbul planı artırılmış, daxili işlər orqanlarının fəaliyyətinin təşkili üzrə mütəxəssislərin hazırlanması məqsədi ilə yeni fakültə açılmışdır.

Bəzi müxalifət qüvvələrinin hərəkətlərini qətiyyətlə pisləyən natiqlər qarşıdan gələn prezident seçkilərində qayda-qanunun və asayişin yüksək səviyyədə qorunacağını diqqətə çatdırdılar, bu mühüm siyasi tədbirlə əlaqədar ölkəmizin vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin vəziyyətindən danışdılar və dedilər ki, dövlətçiliyin vacib atributlarından olan şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının beynəlxalq standartlara uyğun sənədləşdirilməsini həyata keçirən struktur xidmət sahələri ən müasir avadanlıq və digər zəruri texniki vasitələrlə təchiz olunmuşdur. Daxili işlər nazirinin bu ilin aprelində verdiyi tapşırığa əsasən və onun ayrı-ayrı regionlara səfərindən sonra şəxsiyyət vəsiqələrinin verilməsi prosesi sürətlənmişdir. Belə ki, bu ilin altı ayı ərzində respublika üzrə vətəndaşlara 371 mindən çox şəxsiyyət vəsiqəsi, 70 minə yaxın ümumvətəndaş pasportu verilmişdir ki, bu da ötən bir il ərzində verilən vəsiqələrdən iki dəfə çoxdur.

Nazir Ramil Usubov hesabat dövründə törədilən cinayətlərin açılma faizinin azalması, daxil olan ərizə və şikayətlərə vaxtında baxılması və narkotik maddələrin satışının qarşısının alınması sahəsində görülən işlərlə bağlı öz iradlarını bildirdi, uğurlarla yanaşı, nöqsan və çatışmazlıqlara toxundu, onları doğuran səbəblərin aradan qaldırılması üçün konkret tapşırıqlar verdi.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclasa yekun vuraraq bildirdi ki, Prezident Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə yenidən qayıdışından sonra ölkə həyatının bütün sahələrində islahatlar aparılmış, demokratik prinsiplər, qanunun aliliyi bərqərar olunmuş, bütün istiqamətlərdə uğurlu nəticələr əldə edilmiş, ölkəmizdə daxili sabitlik yaradılmışdır.

Ölkəmizin əhalisinin hər il təqribən 100 min nəfər artdığını söyləyən nazir dedi ki, bugünkü göstəricilər digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı, ictimai asayişin qorunmasının təmin olunması ilə bağlı aparılan işlərin nəticəsində əldə olunmuşdur. Biz nəinki baş vermiş ümumi cinayətlərin açılmasında yüksək göstəricini qoruyub saxlamışıq, həm də bir çox ağır cinayətlərin azalmasına nail olmuşuq. Yaxşı işlərlə bərabər, nöqsanları da görməliyik və bunların vaxtında aradan qaldırılmasını təmin etməliyik. Bizim fəaliyyətimizdə arxayınçılığın yaranması cinayətkarlığa qarşı mübarizədə ardıcıl işimizi zəiflədə bilər. Məhz bu ilin çox əlamətdar olduğunu nəzərə alaraq, göstəricilərimizi, cinayətkarlığa qarşı mübarizəni, asayişin qorunub saxlanılmasını yüksək səviyyədə təmin etməliyik.

Nazir oktyabrın 15-də keçiriləcək prezident seçkilərində daxili işlər orqanlarının qarşısında duran vəzifələrdən danışdı, son 10 ildə bir neçə dəfə belə kütləvi tədbirin keçirildiyini, bu sahədə polisin kifayət qədər təcrübəsinin olduğunu vurğuladı və söylədi ki, polis orqanları növbəti seçkilərdə də Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına imkan verməyəcək və seçkilərin lazımi əmin-amanlıq şəraitində keçirilməsini təmin edəcək, bütün tədbirlər qanunauyğun həyata keçiriləcəkdir. O, vətəndaşların ərizə və şikayətlərinə baxılması ilə bağlı görülən işlərdən danışdı, regionlarda əhalinin nazirliyin rəhbərliyi tərəfindən qəbul edildiyini, bunun çox müsbət qarşılandığını, ərizə və şikayətlərin əksəriyyətinin müsbət həll olunduğunu vurğuladı.

General-polkovnik Ramil Usubov bu sahədə bəzi nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin, vətəndaş-polis münasibətinin daha da yaxşılaşması üçün, dövlətimizin başçısının “Xalq Polisi sevməlidir” tövsiyəsinə real əməl olunmasının vacibliyini, şəxsiyyəti təsdiq edən sənədlərlə bağlı işin yaxşı getdiyini bildirdi, xaricdə yaşayan, lakin ölkəmizdə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayının dəqiqləşdirilməsi tapşırığını verdi. Natiq dedi ki, prezident seçkilərini nəzərə alaraq, Azərbaycan vətəndaşlarının, xüsusən də səsvermə hüququna malik gənclərin şəxsiyyət vəsiqələri ilə vaxtında təmin edilməsi ən mühüm vəzifələrdən hesab olunmalıdır. Bu işlər sürətlə və keyfiyyətlə aparılmalı və oktyabrın 15-dək seçici hüququ qazanan hər bir vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır.

Daxili işlər orqanlarında şəxsi heyətin peşə hazırlığının, nizam-intizam, təlim-tərbiyə, təhsil və tədris işinin təşkilinin, vətəndaşlarla ünsiyyətdə davranış qaydalarına riayət olunmasının daim nəzarətdə saxlanılmasının vacibliyini söyləyən nazir Ramil Usubov bəzi müxalifət nümayəndələrinin hərəkətlərinə də münasibət bildirdi və dedi ki, ölkəmizdə demokratik, dünyəvi dövlətin hüquqi əsaslarını cənab Heydər Əliyev qoymuşdur. İndi kimlərinsə daha çox “demokrat” görünmək üçün bugünkü iqtidarın əleyhinə yalan, böhtan, həqiqətə uyğun olmayan fikirlər söyləməsi onların öz işidir. Amma Azərbaycan xalqını böhtanla, yalanla aldatmaq vaxtı artıq çoxdan keçibdir. Bugünkü müxalifət liderlərinin o vaxtkı hakimiyyəti dövründə torpaqlarımız zəbt olunmuş, etnik qruplar arasında milli ədavət salınmış, milli birlik, azərbaycançılıq, dövlətçilik ənənələri pozulmuş, vətəndaş müharibəsi reallaşmışdı. Bu gün milli birliyimizin, dövlətçiliyimizin, hüquqi islahatların, əmin-amanlığın memarı cənab Heydər Əliyevə qarşı böhtan, şayiə yayanların cəhdləri mənasız bir şeydir. Müxalifət çalışır ki, polislə xalqı bir-birinə qarşı qoysun. Onlar buna heç zaman nail ola bilməyəcəklər. Çünki Azərbaycan polisi öz xalqına, onun milli lideri cənab Heydər Əliyevə arxalanır. Milli liderimiz öz həyatını xalqına həsr edibdir. Həyatını xalqına həsr edən şəxsiyyətə qarşı bəd niyyətdə olanlar cəzasını daim alır və alacaqdır.

Ətraflarındakı insanları aldadaraq, onları zorla cinayətə sürükləyən Rəsul Quliyevin, Ayaz Mütəllibovun, İsa Qəmbərovun və başqalarının güc yolu ilə hakimiyyətə heç vaxt gələ bilməyəcəklərini diqqətə çatdıran nazir sonda dedi ki, bu gün həmin adamlar məhz Prezident Heydər Əliyevin, cənab İlham Əliyevin və başqalarının adından istifadə edib özlərinə saxtakarlıqla imza toplayırlar. Bu gün xalqımız öz xoşbəxt gələcəyini Heydər Əliyevin rəhbərliyində, onun ideyalarında görür. Bu ideyaların layiqli davamçısı Heydər Əliyev məktəbinin yetişdirdiyi cənab İlham Əliyevdir. Xalqımız hələ çox yüzilliklər Heydər Əliyev ideyaları ilə yaşayacaqdır. Bu gün bütün Azərbaycan xalqı dövlətimizin başçısının ətrafında birləşərək, onu dəstəkləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır

İmişlidə Araz çayında batan şəxsin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb