DEKABRDA YAĞINTININ SƏVİYYƏSİ NORMAYA YAXIN OLACAQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 6-7 dərəcəyə çatacaq (gecə 1-4 dərəcə, ayrı-ayrı günlərdə 0,3, gündüz 5-10 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (24-34 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 0-3 dərəcə (gecə 0-4 , gündüz 2-6 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (14-35 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur -1-+1 dərəcə (gecə 0-5 dərəcə isti, gündüz 1-5 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (27-53 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 3-5 dərəcə isti (gecə 0-3 dərəcə, gündüz 3-8 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (13-16 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur -2-+3 dərəcə (gecə -4-+1, gündüz 2-7 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (24-48 mm), bəzi yerlərdə isə ondan çox olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur 4-6 dərəcə isti (gecə 1-5, gündüz 7-12 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (16-32 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 5-8 dərəcə isti (gecə 2-4, gündüz 7-12 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (58-106 mm) olacaqdır.