Dəmir yolu stansiyasından oğurluq edənlər yaxalanıblar
Bakı, 23 yanvar, AZƏRTAC
Oğurluğa cəhd edən şəxslər polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində cinayət başında yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 22-də Qazax rayonundakı Barxudalı dəmir yolu stansiyasının ərazisindən istismardan çıxarılmış 25 metr uzunluğunda relsi kəsən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onların Qazax rayon sakinləri Bayram Əliyev və Elməddin Məmmədov olduqları, bir gün əvvəl həmin ərazidən istismardan çıxarılmış daha 15 ədəd 25 metrlik relsi hissələrə bölüb “KamAZ” markalı avtomobilə yükləyərək oğurlamaları da müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]