Demokrat Con Delani 2020-ci il Prezident yürüşlərindən çıxdığını elan edib
Vaşinqton, 5 fevral, AZƏRTAC
2020-ci il ABŞ Prezidentliyinə seçkilərdə namizədliyini elan edən ilk demokrat, Merilenddən olan sabiq konqresmen Con Delani seçkiqabağı kampaniyasının başa çatması barədə bəyanat verib.
AZƏRTAC xəbər verir ki, Delani Demokratlar Partiyasının nominasiyasını qazanmaqdan ötrü ona kifayət qədər dəstəyin olmadığını bildirib.
Delani bəyanatında deyib: “Mənim üçün Prezident postuna Demokratlar Partiyasının nominasiyasını almaqdan ötrü kampaniya keçirmək böyük şərəf idi. Lakin məlum oldu ki, mənimlə bağlı Tanrının başqa planları var. Mən bu yürüşü möhtəşəm ölkəmizlə bağlı mənimlə öz ümidlərini və qayğılarını bölüşən seçicilərə dərin minnətdarlıq hissi ilə tərk edirəm. Mən digər namizədlərin irəli çəkilməsi ilə fəxr edirəm və bizim gördüyümüz işlə qürur duyuram”.
Delani 2017-ci ilin iyulunda özünün kampaniyaya başlamasını elan edən ilk demokratdır. O, kampaniyasının davam etməsinin partiyaya xeyirdən daha çox zərər vuracağını başa düşərək Prezident yürüşlərindən imtinaya qərar verdiyini deyib.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]