Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dənizçi Günü” ilə əlaqədar tədbir təşkil olunub

Bakı, 24 iyun, AZƏRTAC

25 iyun “Dənizçi Günü” ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Ziyarətdən sonra “Dənizçi Günü” münasibəti ilə ASCO-nun inzibati binasında xüsusi tədbir təşkil olunub.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) və Azərbaycan Dənizçilik Kollecinin (ADK) tələbələrinin iştirakı ilə ərsəyə gələn “Mən dənizi sevirəm” adlı flaşmobun görüntüləri təqdim olunub.

Tədbiri giriş nitqi ilə açan Rauf Vəliyev ASCO-nun yeni və müasir üslubda inşa edilmiş inzibati binasında, həm də pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılmasından sonra “Dənizçi Günü” ilə əlaqədar təşkil olunan ilk tədbirdə hər kəsi salamlamaqdan şad olduğunu bildirib və bütün dənizçiləri peşə bayramları münasibəti ilə təbrik edib, hər birinə işlərində uğurlar arzulayıb.

Rauf Vəliyev qeyd edib ki, dəniz nəqliyyatının hazırkı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “SSRİ dağıldığı zaman bir çox ölkələrin donanmaları məhv olunsa da, Azərbaycanda bu sahə dövlətçiliyimizin banisi ümummilli lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldı, dəniz nəqliyyatı sahəsində mühüm islahatlar həyata keçirildi”.

Sədr bildirib ki, dəniz nəqliyyatı sahəsində diqqət və qayğı ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir: “Təkcə son 8 ildə ASCO-nun Strateji inkişaf planına uyğun olaraq donanmaların tərkibinə 25 yeni gəmi daxil edilib. Onlar həm ticarət gəmiləri, həm də neft-qaz layihələrində iştirak edən müasir tipli gəmilərdir. Sevindirici haldır ki, gəmilər əsasən şirkətin daxili mənfəəti hesabına tikilib və ya alınıb. Ötən müddətdə ASCO-da Xəzərdə aparıcı mövqenin qorunub saxlanılması və Xəzərdənkənar fəaliyyətinin bərpası və genişləndirilməsi istiqamətində də xeyli iş görülüb. Bu işlər Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bundan sonra da ardıcıl davam etdiriləcək”.

Rauf Vəliyev diqqətə çatdırıb ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi fəaliyyətini davam etdirən dünyanın ən qədim şirkətlərindən biridir. Bu fakt beynəlxalq araşdırma mərkəzlərinin hazırladığı və dərc etdiyi xəritədə də əksini tapıb. 2018-ci ildə şirkətin təntənəli şəkildə 160 illik yubileyi keçirilib, gələn il isə artıq 165 illik yubileyi qeyd ediləcək.

Sədr şirkətin şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına və qazilərinə göstərilən diqqət və qayğıdan da danışıb. Rauf Vəliyev ərazi bütövlüyümüz uğrunda döyüşmək üçün könüllü şəkildə Ordu sıralarına qatılan və silaha sarılan ASCO-nun əməkdaşlarına təşəkkürünü bildirib. Qeyd edib ki, aktiv döyüşlərə ASCO ailəsindən 58 nəfər qatılıb. Bundan başqa, müharibə zamanı şəhidlik zirvəsinə ucalanlar arasında ASCO ailəsinin üzvü olan əməkdaşların övladları, ADDA və ADK tələbələri də var idi. Bu gün həm Vətən müharibəsi iştirakçıları, həm qazilər, həm də şəhid ailə üzvləri diqqətdə saxlanılır, onlara xüsusi qayğı ilə yanaşılır.

Rauf Vəliyev işçilərin rifahının yaxşılaşdırılması, kadr hazırlığı, gənclər siyasəti, eləcə də veteran dənizçilərə qayğı istiqamətində görülən işlərdən də bəhs edib.

Daha sonra ömrünün 50 ilini dənizçiliyə həsr edən, veteran dənizçi, əməkdar mühəndis Şahid Orucova söz verilib. O, zəngin tarixə malik ASCO-nun müasir şirkət kimi fəaliyyətini müvəffəqiyyətlə davam etdirdiyini, qazanılan uğurların arxasında böyük inam və gücün dayandığını bildirib. Fəaliyyəti dövründə olduğu kimi, bu gün də dənizçi olmağı ilə fəxr etdiyini və həyatını bu peşə ilə bağlamağından qürur hissi keçirdiyini deyib.

Gənc dənizçi, ASCO-nun Xəzər Dəniz Neft Donanmasının “Şahdağ” gəmisinin növbə mexaniki, II Qarabağ müharibəsinin iştirakçısı, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, Cəbrayıl, Xocavənd, Füzuli və Şuşanın azad olunmasına görə medallarına layiq görülən Cəfər Səfərli çıxışında ASCO-da həm gənclərə, həm də Vətən müharibəsi iştirakçılarına yaradılan şəraitdən danışıb, diqqət və qayğıya görə minnətdarlığını bildirib. Göstərilən yüksək etimadı layiqincə doğruldacağına əminliyini ifadə edib.

Tədbirdə, həmçinin 2021-ci ilin yekunlarına görə ASCO üzrə “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim”, “İlin ən yaxşı kranmeystri” və “İlin gənc dənizçisi” nominasiyalarının qaliblərinin adları açıqlanıb və mükafatlandırılıblar.

Yekunda aprelin 28-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən unikal Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin birinci səfərinə həsr olunmuş “İlk səfər” filmi təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub