İQTİSADİYYAT
Deputat Kəmaləddin Pirmüzzin: İran-Azərbaycan ticarət palatası fəaliyyətə başlayacaq
Tehran, 16 avqust (AZƏRTAC). İran İslam Respublikasının Ərdəbil vilayətinin İran İslam Şurası Məclisindəki təmsilçisi Kəmaləddin Pirmüzzin Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişlənməsinin Ərdəbil vilayəti üçün faydalı olacağını bildirib.
İran nümayəndə heyətinin tərkibində Bakıda keçirilən müştərək iqtisadi komissiyasının 9-cu iclasında iştirak edən K. Pimüzzin “Aran news” saytına müsahibəsində bildirib ki, iki ölkə arasında dəmir yolu, gömrük, ticarət, enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib və konkret qərarlar qəbul olunub.
İran parlamentinin sənaye və mədənlər komissiyasının üzvü olan K. Pimüzzin qeyd edib ki, iclasda İran-Azərbaycan birgə ticarət palatasının yaradılması məsələsinə baxılıb və İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərindən sonra bu qurum fəaliyyətə başlayacaq.
İranlı deputat deyib ki, ölkələr arasında hərtərəfli münasibətləri daha da inkişaf etdirmək üçün yaxşı fürsət yaranıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran