DEPUTATLARIMIZ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova və deputat Məlahət Həsənova noyabrın 20-22-də Tailandın paytaxtı Bankoqda deputatların BMT-nin Əhali artımı və İnkişaf üzrə Fəaliyyət Proqramının həyata keçirilməsinə həsr olunmuş III beynəlxalq konfransında iştirak edəcəklər.
Tədbirdə sağlamlıq, əhali artımının tənzimlənməsi, beynəlxalq və ölkədaxili miqrasiya, gender bərabərliyi, təhsil problemləri və bu məsələlərin həllində parlamentarilərin rolunun artırılması məsələləri müzakirə ediləcəkdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, onların həlli istiqamətində qarşıya çıxan çətinliklərin aradan qaldırılması barədə fikirlərini söyləyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:32]
Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb
- 17.10.2026 [09:15]
Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]