ELM VƏ TƏHSİL
DİL VƏ İNKİŞAF MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Daşkənddə dil və inkişaf problemlərinə həsr olunmuş 6-cı Beynəlxalq konfrans keçirilmişdir. Konfransda dünyanın 30 ölkəsindən gəlmiş alimlər, politoloqlar, linqvistlər iştirak etmişlər. Ölkəmizi bu tədbirdə ingilis dili layihələri üzrə mütəxəssis Gülşən Hüseynova və Azərbaycan İngilis Dili Təşkilatının icraçı direktoru Rəqsanə Məmmədova təmsil etmişlər.
Konfransda inkişaf etməkdə olan ölkələrdə dil siyasətinin müxtəlif problemlərinə dair məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Azərbaycandan gəlmiş nümayəndələr respublikamızda ingilis dili müəllimlərinin təkmilləşdirilməsi məsələləri, müəllimlərin ixtisasının artırılması və qarşıya çıxan problemlər, ingilis dili üzrə köməkçi tədris materiallarının hazırlanması və sair məsələlərlə bağlı çıxış etmişlər.