Dilçilik İnstitutunun əməkdaşları distant təhsilə qoşulublar
Bakı, 27 aprel, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunda tədris işləri xüsusi karantin rejiminə uyğunlaşdırılıb.
Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, alimlər təhsil müəssisələrində onlayn dərslərdə iştirak edir, ölkənin təhsil sistemində durğunluğun yaranmaması, təhsilin davamlılığının təmin edilməsi istiqamətində fədakarlıq göstərirlər. İnstitutun əməkdaşları tətbiq olunan xüsusi karantin rejiminin tələblərini nəzərə alaraq AMEA-da və müxtəlif ali təhsil mərkəzlərində məsafədən təhsilə qoşulublar.
İnstitutun Təhsil şöbəsinin müdiri, dosent Qətibə Quliyeva ölkədə sosial təcridin tələblərinə uyğun olaraq onların da öz işlərini distant yolla həyata keçirdiyini qeyd edib. Bildirib ki, qədim dillər (dillər və sahələr) ixtisaslaşması üzrə təhsil alan I və II kurs magistrantlar üçün dərslər onlayn tədris olunur. Onlayn dərslərin intensiv və keyfiyyətli olması məqsədilə xüsusi qrafiklə cədvəl qurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]