DİM müxtəlif peşə sahələri üzrə keçirilən beynəlxalq imtahanlara dair həftəlik hesabatı təqdim edib
Bakı, 1 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) müxtəlif peşə sahələri üzrə keçirilən beynəlxalq imtahanlara dair həftəlik hesabatı təqdim edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, ötən həftə Mərkəzin Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında aşağıdakı ixtisaslaşma sahələri üzrə beynəlxalq imtahanlar təşkil edilib:
|
Təşkilat |
İmtahanın adı |
|
Financial Accounting (FA) |
|
|
Fortinet NSE 6 - FortiWeb 6.1 |
|
|
PMI Agile Certified Practitioner (PMI-ACP)® |
|
|
CIA Exam Part Two: Practice of Internal Auditing |
|
Beynəlxalq imtahanlarda ümumilikdə 4 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
Qeyd edək ki, ACCA və Pearson VUE-nun imtahanları (PTE Academic və ixtisaslaşma imtahanları) DİM-də hər həftə keçirilir.
İmtahanlara qeydiyyat və digər məsələlərlə bağlı daha ətraflı məlumatı DİM-in saytında verilmiş linklərə daxil olmaqla əldə etmək mümkündür.