DİM rəhbəri: Ulu Öndər bizim qarşımızda obyektiv qiymətləndirmə sistemini yaratmaq vəzifəsini qoydu
Bakı, 5 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına xüsusi diqqət göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konfransda deyib.
“O, bizim qarşımızda beynəlxalq standartlara tam cavab verən, ədalətli, obyektiv milli qiymətləndirmə sistemini formalaşdırmaq vəzifəsini qoymuşdu. Bütün layihə və planlarımızın, tələbə qəbulunu təkmilləşdirməklə bağlı gördüyümüz tədbirlərin həyata keçirilməsində biz Ulu Öndərin xüsusi qayğısını və diqqətini daim görürdük”, - deyə Məleykə Abbaszadə qeyd edib.