DİN-in xüsusi avtonəqliyyat vasitələri Gəncədə küçələrin dezinfeksiya olunmasına cəlb edilib
Bakı, 3 may, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Gəncədə şəhər əhəmiyyətli küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin (DIN ) xüsusi avtonəqliyyat vasitələri cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyət küçələrin dezinfeksiya olunması işlərində də yaxından iştirak edir.