Dinara Əliyeva Praqada konsert proqramı ilə çıxış edəcək
Bakı, 25 mart, AZƏRTAC
Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) mayın 9-da Praqanın “Rudolfinum” konsert və qalereya mərkəzinin “Dvorjak Hall”unda çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu məlumat musiqiçinin və “Rudolfinum”un saytlarında yer alıb. Dinara Əliyeva konsertdə romanslar ifa edəcək.
2009-cu ildən Rusiyada Böyük Teatrın solisti olan Dinara Əliyeva dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015 və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]