“Döngə” sənədli filmi təqdim edilib
Bakı, 27 iyun, AZƏRTAC
“CinemaPlus Azerbaijan” kinoteatrında “Döngə” sənədli filminin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, film “ƏSA” teatrı və onun əməkdaşlarının fəaliyyəti, həyatları barədə əhvalatlardan bəhs edir.
Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevadır. Ekran işində qəhrəmanlar öz həyat hekayələri, məşğuliyyət və maraq dairələri barədə tamaşaçılara məlumat verirlər. Rejissor, eyni zamanda, insanlara biganə yanaşmamağa və fərqləri deyil, istedadları görməyə çağırır. O, həmçinin fiziki məhdudiyyətli insanların cəmiyyətə mesajlarını film vasitəsilə çatdırmağa çalışıb.
Xatırladaq ki, “ƏSA” teatrı əlilliyi olan və olmayan insanların birlikdə çıxış etdikləri ilk teatrdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]