İQTİSADİYYAT
Doqquz ayda Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 20 milyon kubmetr qaz olub
![Doqquz ayda Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 20 milyon kubmetr qaz olub](/files/2016/3/1200x630/14794725904284262959_1200x630.jpg)
Bakı, 18 noyabr, AZƏRTAC
Cari ilin ilk doqquz ayında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü 20 milyon kubmetr qaz olub. Yanvar-sentyabr aylarında CQBK ilə bağlı fəaliyyətlərə təqribən 21 milyon dollar əməliyyat və 764 milyon dollar əsaslı xərclər sərf edilib.
Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Qeyd edək ki, boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator - 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və TPAO (19 faiz).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]