Lənkəranda baş verən qəzada 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Lənkəran, 5 iyul, AZƏRTAC
Bu gün günorta saatlarında Lənkəran rayonunun Liman şəhərində baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayon Gəyəçöl kənd sakinləri - 2003-cü il təvəllüdlü Məmmədəli Bahadır oğlu Nəsirov, 1984-cü il təvəllüdlü Aslan Məhərrəm oğlu Abdullayev, 1995-ci il təvəllüdlü Elton İdrak oğlu Nəsirov və Lənkəran şəhər sakini - 1982-ci il təvəllüdlü Emin Əlişan oğlu Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Məmmədəli Nəsirov qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
14:56
Lənkəranda iki minik maşını toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "AZsamand" markalı minik avtomobili "Volkswagen" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alanlar var.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.