Rişi Sunak “10 Downing Street” qarşısında sonuncu dəfə çıxış edib VİDEO
London, 5 iyul, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Rişi Sunak “10 Downing Street” qarşısında sonuncu dəfə xalqa müraciət edib.
AZƏRTAC xəbər verir ki, Britaniyada keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, Leyboristlər Partiyası qələbə qazanıb.
Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak “10 Downing Street”də çıxış edərək vəzifəsindən istefa verəcəyini açıqlayıb. O, yeni lider seçilənə qədər vəzifədə qalacağını deyib.
Rişi Sunak vurğulayıb ki, Baş nazir olarkən qarşısına qoyduğu ən mühüm vəzifə iqtisadiyyatda sabitliyi bərpa etmək olub. O, inflyasiyanın hədəf səviyyəyə qayıtdığını, ipoteka faizlərinin aşağı düşdüyünü deyib.
O, həmçinin Leyboristlər Partiyasının lideri Keir Starmeri təbrik edib.
Britaniyadakı formal prosesə əsasən Rişi Sunak bu gün Baş nazir postundan istefasını Kral Çarlza təqdim edəcək və Kral Çarlz Keir Starmeri növbəti hökuməti formalaşdırmağa dəvət edəcək. Bu görüş adətən Bukingem sarayında keçirilir.
AZƏRTAC-ın xüsusi müxbiri
London