BANM tələbəsinin layihəsi İsveçrədə qrant qazandı
Bakı, 5 iyul AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Roman Tolstoşeyev “Generation Connect Young Leadership Program” çərçivəsində Azərbaycanı təmsil edib. O, İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə “Kibertəhlükəsizlik və blokçeyn” layihəsi ilə 5000 ABŞ dolları qrant qazanıb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə Kanada, Böyük Britaniya, Çin, Qazaxıstan kimi dünyanın bir çox ölkələrindən 5329 müraciət daxil olub. Onların arasından BANM-in tələbəsi Roman Tolstoşeyev də daxil olmaqla, ümumilikdə 30 nəfər seçilib.
Proqram Beynəlxalq Telekommunikasiya İttifaqı və “Huawei” şirkətinin təşkilatçılığı ilə reallaşıb.