Dörd ayda əhaliyə 8,3 faiz çox istehlak malları satılmışdır
Bakı, 11 may (AZƏRTAC). Cari ilin dörd ayında ticarət şəbəkəsindən əhaliyə 4,9 milyard manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz çox istehlak malları satılmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, istehlak mallarının 4,8 milyard manatı pərakəndə ticarət, 146,2 milyon manatı iaşə şəbəkələrində realizə olunmuşdur. Əhalinin ticarət şəbəkələrində xərclədikləri vəsaitin 3,1 milyard manatı ərzaq məhsullarının, 1,8 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Dörd ayda xidmət şəbəkələri vasitəsilə əhaliyə 1,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox pullu xidmətlər göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]