DÖVLƏT FİLM FONDU XALQ ARTİSTİ ŞAHMAR ƏLƏKBƏROVUN XATİRƏ GECƏSİNİ KEÇİRƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Dövlət Film Fondu teatr və kino aktyoru, ssenariçi, xalq artisti Şahmar Ələkbərovun 65 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirəcəkdir.
Tədbir çərçivəsində aktyorun iştirak etdiyi filmlərin lentə alınması zamanı çəkilən fotoşəkillərin sərgisi təşkil olunacaqdır. Kino xadimləri, Ş.Ələkbərovun dostları və yaxınları onunla bağlı xatirələrini bölüşəcəklər.
Şahmar Ələkbərov “Dağlarda döyüş”, “Babək”, “Nizami”, “Qatır Məmməd” və digər məşhur filmlərdə çəkilmişdir. Tanınmış qəzəlxan, milli ədəbiyyat tariximizdə parlaq iz qoymuş Əliağa Vahid haqqında filmin ssenari müəllifi də Şahmar Ələkbərovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]