İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edib
Bakı, 25 iyul (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, iyulun 25-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Zaqatalada bu rayondan, eləcə də Qax və Balakəndən olan vətəndaşları qəbul edib.
Müraciətlər əsasən işə qəbul, gömrük keçid məntəqələrində malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub. Müraciətlərin hər biri diqqətlə araşdırılıb və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq icra orqanlarına çatdırılmaq üçün qeydə alınıb.