ELM VƏ TƏHSİL
“Dövlət qulluğu” jurnalının ikinci nömrəsi nəşr edilib
Bakı, 22 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna hazırlaşanlar üçün “Dövlət qulluğu” jurnalının 2019-cu il üçün 2-ci nömrəsini çap edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bu nömrədə “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanları barədə statistik məlumatlar (01.04.2019-cu il tarixə)”, “Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərin siyahısı (03.01.2019 – 01.04.2019)”, “Ehtiyat kadrlar üzrə 2019-cu ilin I rübü ərzində görülən işlərə dair məlumat” və digər zəruri məlumatlar dərc olunub.
Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:26]
“Şumerlərin izi ilə” - elmi seminar
- 30.04.2024 [18:11]
BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub
- 30.04.2024 [17:29]
İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib
- 30.04.2024 [17:21]
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
- 30.04.2024 [17:14]
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər
- 30.04.2024 [17:08]