Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün 1200-dək namizəd qeydiyyatdan keçib
Bakı, 5 fevral, AZƏRTAC
Dövlət qulluğunun B (inzibati icraçı vəzifələr) növü üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunmuş test imtahanında iştirak üçün qeydiyyat davam edir.
AZƏRTAC xəbər verir ki, DİM-in bu gün saat 10:40-a olan məlumatına görə, inzibati icraçı vəzifələr üzrə fevralın 16-da keçiriləcək test imtahanında iştirak etmək üçün 1168 nəfər (BA - 262, BB - 906) ərizəsini təsdiqləyib. Qeydiyyat fevralın 6-da başa çatacaq.
Xatırladaq ki, imtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [14:42]
Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO
- 17.10.2026 [13:24]
Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub
- 17.10.2026 [13:12]
Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur
- 17.10.2026 [11:02]
Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir
- 17.10.2026 [09:09]
Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO
- 17.10.2026 [07:20]
Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]