Dövlət qulluqçusu olmaq istəyənlər Azərbaycan dilindən imtahan verəcəklər
Bakı, 13 may (AZƏRTAC). Dövlət qulluğuna qəbul olunmaq istəyənlər Azərbaycan dilindən də imtahan verəcəklər.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) AZƏRTAC-a bildirmişlər ki, Komissiya tərəfindən keçirilən müsabiqələrin test imtahanı mərhələsi ilə bağlı DQMK-nın saytında yerləşdirilən test proqramlarına bəzi əlavə və dəyişikliklər edilmişdir.
“Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması və inzibati vəzifələrin təsnifatı üzrə keçid ballarının müəyyən edilməsi qaydaları”na edilmiş dəyişikliyə uyğun, test imtahanında təqdim edilmiş 15 sualdan ibarət “Dünyagörüşü” test blokuna Azərbaycan haqqında ümumi biliklərlə yanaşı, Azərbaycan dili üzrə də test tapşırıqları daxil olunmuşdur.
Komissiyadan bildirilmişdir ki, qanunvericilik üzrə test proqramında da dəyişikliklər edilmişdir. Belə ki, 2010-cu il 21 dekabr tarixində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əvvəlki müsabiqələrdə test proqramına daxil edilmiş “Normativ hüquqi aktlar haqqında” qanun qüvvədən düşmüşdür. Bununla əlaqədar qüvvədən düşmüş qanunla bağlı mövzular qanunvericilik üzrə yenilənmiş test proqramından çıxarılmış və onların yerinə yeni Konstitusiya Qanunu üzrə mövzular (maddələr) daxil edilmişdir.
Bundan əlavə, test imtahanlarında namizədlərin məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün test bankına yeni tipli test tapşırıqları daxil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]