Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Qəbələ və Oğuzda vətəndaşlarla görüşəcək
Bakı, 21 noyabr, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev noyabr ayının 29-da Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlarla görüşəcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saatı 10:00-dan etibarən Qəbələ rayonunda yerləşən Mədəniyyət Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493-34-67, (+994 12) 595-13-50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, “arxkom.gov.az” internet səhifəsinin “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq da qəbula yazılmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]