Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsində ərazidə yaşayan sakinlərlə görüş keçirildi

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsində ərazidə yaşayan sakinlərlə görüş keçirildi

Cəlilabad, 25 iyul (AZƏRTAC, Bağır Əliyev). Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi silsilə tədbirlərdən biri Göytəpə Sərhəd Dəstəsində baş tutdu.

AZƏRTAC xəbər verir ki, iyulun 25-də Göytəpə Sərhəd Dəstəsinin İdeoloji Mərkəzində Cəbrayıl, Biləsuvar, İmişli, Cəlilabad və Yardımlı rayonlarının sakinləri ilə görüş keçirildi.

“Sərhədlərimizin mühafizəsində yerli sakinlərin iştirakı” mövzusunda keçirilən tədbirdə həmin rayonların mədəniyyət və turizm şöbələrinin, gənclər və idman idarələrinin, təhsil şöbələrinin rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri və yerli sakinlər iştirak edirdilər.

Görüşdə çıxış edən “N” saylı hərbi hissənin komandiri, polkovnik Namiq Əliyev dövlət sərhədlərinin mühafizəsində göstərdikləri köməkliyə görə sərhədyanı ərazidə yaşayan sakinlərə minnətdarlığını bildirdi.

Tədbirdə DSX-nın şəxsi heyət üzrə baş idarəsi rəisinin müavini, polkovnik İzəddin Musayevin “Azərbaycan Sərhəd Mühafizəsinin tarixi” mövzusunda məruzəsi dinlənildi. Qeyd olundu ki, Vətənimizin sərhədlərinin toxunulmazlığının təminatı məsələ­lərinə göstərilən yüksək dövlət qayğısı nəticəsində bu gün Dövlət Sər­həd Xidməti dinamik şəkildə inkişaf edir.

Ardı­cıl həyata keçirilən islahatlar, geniş tikinti-quruculuq işləri, hərbi texnikanın və xüsusi-texniki avadan­lığın yenilənməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsi­nin yük­səl­dilməsi ilə mü­şa­yiət olunan bu inkişafın təməlində ulu öndər Heydər Əliyevin müəy­­yən etdiyi milli sərhəd siyasəti durur. Bu siyasət Azər­bay­can Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.

Bildirildi ki, dövlət sərhədlərinin mühafizəsi-dövlətin təhlükəsizliyinin, suve­renliyinin, ərazi bütövlüyünün təmin edil­mə­si məqsədilə həm­sərhəd dövlətlərlə əməkdaşlıq və sərhəd mübahisələrinin sülh yolu ilə təmin edilməsi prinsipləri əsasında həyata keçirilən xidməti fəaliy­yətdir. Dövlət Sərhəd Xidmətinin əsas vəzifələri bey­nəl­xalq terrorçu­luğa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qa­nun­­suz döv­riy­yəsinə, qaçaqmalçılığa, kütləvi qırğın silahlarının və onların kompo­nent­lərinin yayılmasına qarşı mübarizə və Xəzər də­nizində karbohid­rogen ehtiyatları hasilatının və ixrac neft-qaz infrastruk­turunun mühafizəsidir.

Diqqətə çatdırıldı ki, XX əsrin əvvəllərində ölkəmizin sərhəd mühafizə qüvvələ­rinin forma­laş­dırılması Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır.

Milli parla­men­timiz 1919-cu il avqustun 18-də Azər­baycan Demokratik Respublikası­nın sərhəd müha­fizəsinin təsis edilməsi haqqında qanun qəbul etdi. Ümumilikdə 99 sərhəd mühafizə postunun yaradılmasını nəzərdə tutan qanun xarici qüvvələrin işğalçılıq siyasəti nəticə­sində 6 ay qüvvədə oldu. Azərbaycan Xalq Cümhuriyyətinin sü­qu­tu ilə sərhəd mühafizəsi istiqamətində görülən işlər yarım­çıq qaldı. Lakin qısa müddət ərzindəki fəaliy­yəti nəticəsində sər­həd və sərhədçi anlayışı dövlət müstəqil­li­yi­nin vacib atributu kimi şüurlara həkk olundu.

Keçmiş SSRİ dövründə dövlət sərhədlərinin mühafizəsi məsələlərinin ümumi mərkəzdən idarə olunmasına və milli kad­rların təhlükəsizlik sahəsində irəliləməsinə süni maneələrin ya­ra­dıl­ma­sına baxmayaraq əha­li­yə, dövlət sərhədinin müqəddəsliyi və toxunulmazlığı ideyalarının, sərhədçi peşəsinə hörmət hissinin aşılanmasının böyük əhəmiyyəti oldu.

Qeyd olundu ki, Azərbaycanda sərhədlərin müha­fizəsi sahəsində əldə edilmiş bütün uğurlar xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2002-ci il iyulun 31-də ulu öndər Heydər Əliyev Azərbay­can Respublikasının Dövlət Sər­həd Xidmətinin yaradılması barədə Fər­man imzaladı.

Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiy­yəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhəd­çilərinin fə­­a­liyyəti keyfiy­yətcə yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifə­lər qoyuldu və sərhəd təh­lü­kə­siz­liyinin təminatı məsə­lələri ən yük­sək səviyyədə həll olun­mağa başlandı.

Diqqətə çatdırıldı ki, hazırda Azərbaycan quru və dənizdə 7 ölkə - Rusiya, Gür­cüs­tan, Ermənistan, Türkiyə, İran, Türkmənistan və Qazaxıs­tan ilə həm­sər­­həd­dir. Dövlət sərhədlərinin ümumi uzunluğu 3370,4 kilometrdir.

Görüşdə çıxış edən “N” saylı hərbi hissənin komandirinin müavini, polkovnik Bəhruz Tağıyev Sərhəd Qoşunlarının təyinatı, hüquq və vəzifələri, hərbi hissənin şəxsi heyətinin fəaliyyəti və dövlət sərhədində mövcud vəziyyət barədə məlumat verdi.

Tədbirdə çıxış edən sərhədyanı rayonların sakinləri sərhədçilərlə yerli əhalinin əlaqələri istiqamətində görülən işlərdən danışdılar. Sakinlər sərhədçiləri Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümü münasibətilə təbrik edərək, Vətənin sərhədlərinin etibarlı qorunmasına görə onlara minnətdarlıqlarını bildirdilər.

Görüşdə dövlət sərhədlərinin mühafizəsində fəallıq nümayiş etdirən yerli sakinlərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.

Tədbirin sonunda sərhədçi qəhrəmanlara həsr olunmuş sənədli film nümayiş etdirildi. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Magistraturaya qəbulun nəticələri açıqlanıb

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Yeni çap metodu çevik elektronikaya yol açır

Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2024-cü il 14 iyun tarixli 1173-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu

İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub

“Dəlinin qeydləri” monotamaşası beynəlxalq festivaldan uğurla qayıdıb

Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib

Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb

Bill Qeyts: AI iqlim məqsədlərinə nail olunmasına mənfi deyil, müsbət təsir göstərir

ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunub

Bu ildən BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

“Beril” qasırğası Karib hövzəsinə çatıb

® ABB “AKA Bank”la müqavilə imzalayıb

Kənd təsərrüfatı naziri Xaçmazda taxıl biçini prosesini izləyib