Dövlət Sosial Müdafiə Fondunun jurnalistlər arasında keçirdiyi müsabiqəyə yekun vurulmuşdur
Bakı, 13 may (AZƏRTAC). Mayın 13-də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) kütləvi informasiya vasitələri arasında “Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir” mövzusunda keçirilən müsabiqənin nəticələri acıqlanmışdır.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın müxbiri də müsabiqədə fərqlənmiş 11 jurnalistdən biri olmuşdur.
DSMF-in sədri Səlim Müslümov mətbuat işçilərinə əməkdaşlığa, qurumun fəaliyyətini, iqtisadi və sosial sahədə problemlərin həlli yollarının işıqlandırılmasında yardımına görə təşəkkür etmişdir. Bildirmişdir ki, yazıları və televiziya süjetlərini qiymətləndirmək üçün xüsusi komissiya yaradılmışdı.
Jurnalistlərin cəmiyyətin idarə olunmasında rolunu qeyd edən sədr bu müsabiqənin sosial müdafiə sahəsində şəffaflığın artırılmasında, media nümayəndələrinin sığorta pensiyası sahəsində görülən işlərin işıqlandırılmasında xidmətlərini vurğulamışdır.
S.Müslümov DSMF-in qapılarının informasiya almaq istəyən bütün jurnalistlərin üzünə açıq olduğunu demiş, analitik yazıların daha çox olması barədə arzusunu dilə gətirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]