Dövlət Vergi Xidməti: Əmək müqaviləsi olmadan işə cəlb edilən 3484 şəxs aşkarlanıb
Bakı, 19 noyabr, AZƏRTAC
Cari ilin 10 ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsi olmadan işə cəlb edilən 3484 şəxs aşkar olunub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı vergiödəyicisi tərəfindən işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkara çıxarılarkən işəgötürənlərə müvafiq maliyyə sanksiyaları tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]